Bu gün “Törf Mur”da keçiriləcək oyun hər kəsin diqqət mərkəzində olacaq. “Börnli” uduzsa, liqanı tərk etməyi rəsmiləşir, “Mançester Siti” isə liderliyi ələ keçirir. Əslində hər kəsə aydındır ki, “Börnli” “düşüb”, sadəcə bu işin möhürünü vurmaq qalır.
Bazar günü “Börnli” “Nottingem Forest” ilə oyunda önə keçərkən ümidlər var idi… “Meşəbəylər”in vurduğu 4 qol isə o ümidlərin üstündən böyük xətt çəkdi. İş o yerə çatıb ki, fanatlar rəhbərlik qarşısında konkret sual qoyub: son 24 oyunda cəmi 1 qələbə qazanan Skott Parker niyə istefa vermir? Bəzi fanatlar isə ümumiyyətlə bugünkü oyunu boykot edib. “Börnli” yüksək liqada oktyabr ayından ev qələbəsinə həsrətdir. Bəlkə də bugünkü oyuna gəlməyənlər çox şey itimir…
“Mançester Siti” isə bazar günü “Arsenal”ı 2:1 hesabı ilə məğlub edərək, xal fərqini 3-ə endirdi və ehtiyyatda bir oyunu qalır. “Arsenal”ın qalan oyunları Londondadır, Pep Qvardiola səhv etməməyə məhkumdur. Çempionatdakı son 20 oyunda məğlub olmayan “şəhərlilər”in gözü liderlikdədir.
“Börnli” son 11 oyunda “Mançester Siti”yə məğlub olub və bu, klub tarixinin ən böyük antirekordudur.
Bədii hissə başa çatdı.
Deməli, bu gün səhərdən hər kəs (dünyada nə qədər bekar varsa) deyir ki, “Mançester Siti” azı 2, hətta 3 fora ilə udar.
Bunu deyən adamlar, əminəm ki, “Turf Moore”dakı heç bir oyunu izləməyib.
“Turf Moore”da keçirilən oyunların bir özəlliyi var – yanğın! Özü də hər zonada yanğın.
Düşmüş klubun vitrin oyunu olacaq.
Bu komanda evində 8 aydır udmur!
Hər şey çox barizdir – “Mançester Siti” udacaq, liderliyi ələ keçirəcək.
“Arsenal”ın çıxardığı oyunları gördünüz. Bəlkə növbə Pep Qvardioladadır?
Təbii ki, bu bir ehtimaldır? Ehtiyyatdır hətta!
Məncə ehtiyyatlı olmaqda fayda var.
Bu oyunun xG gözləntisi 0:3 kimi bütün dünyanı dolaşır.
Amma “Börnli” “Brentford”a 0.97 xG ilə 3 qol vurdu + 1 qolu sayılmadı.
Məncə “Börnli” 3 fora yeməz. Bu əsas seçimimdir. Amma ehtimal edəcəm ki, “Börnli” vurar”, rəqib də cavab verər.







