Cesc Fàbregas yönətimində “Como” Çempionlar Liqasına gurultulu giriş etdi. Qurbanın adı – “RB Leipzig”! 4:1 hesabı onu göstərir ki, Fàbregas`ın ciddi iddiaları var.
Bu qalibiyyət Serie A’da cızdığı qrafikin üzərinə gələn yağlı bir bonusdur.
Siz bilirdiniz ki, “Como” Avropanın TOP-5 liqasında bu mövsüm evdə oynamayan yeganə klubdur? Mən bu gün oxudum və sizinlə bölüşdüm. Bu isə ekstra bir detaldır. Sinigaglia’da Cesc`in yetirmələri daha diri və baxımlı oyun oynayır. Doğma publika isə qəhrəmanlarına atəşli dəstək verəcək.
“Parma” isə bu mövsüm hələ qələbəni dadmayıb. Lombardiyaya 1 bərabərlik və 2 məğlubiyyətlə gələn Carlos Cuestanın yetirmələrini bir lənət güdür: liqadakı son üç səfər oyununda qol vurmadan məğlub olublar. O oyunlardan biri də Sinigaglia`da idi.
Məncə “Parma” basqını elə ilk dəqiqələrdən hiss edəcək. “Como” bu sezon liqada ilk hissədə ən çox qol (5) vuran klubdur. Cesc bu cür futbolu sevir!
Hərçənd, “Parma” lənətinə son qoya bilər. “Como”nun son beş matçında iki komanda da fərqlənib. Amma lənətin böyük bir hissəsi qala bilər. Çünki həmin son beş matçdan üçü 4:1 hesablı “Como” qələbəsi ilə yadda qalıb.
Lənət demişkən, çox maraqlıdır ki, Moise Kean “Parma”ya qarşı hələ qol vurmayıb. “Como”nun yeni transferinin belə bir xüsusiyyəti də var ki, klub çapında son 10 qolundan 9-nu ev oyunlarında vurub. Yoxlaya bilərsiz!
Düşünürəm ki, dayanmağı sevməyən, dinamikanı sevən Cesc komandasına doğma meydanda “rəqibə acımaq yoxdur” prinsipini aşılayaraq meydana buraxacaq.
Seçimim aşağıda qeyd edilib. Siz bunu sadələşdirə bilərsiniz.
TFC ilə oynayanlar 244 780 (Index Media Group MMC) agent kodu ilə mərc edərək mütəmadi bonus əldə edir və ekstra qazanır!







