milan_128

Milan

İtaliya, Seriya A

San Siro

Qalan vaxt
bitdi
29-10-2024 23:45
napoli_128

Napoli

Ilkin1

İlkin Əhməd

Müəllif

Proqnoz

2

2.74

Oyun analizi

Milan

İtaliya, Seriya A

San Siro

29-10-2024 23:45

Napoli

Qalan vaxt
Müəllif
İlkin Əhməd

Proqnoz

2

2.74

“Milan” Florensiyada “Fiorentina” ilə oyundakı məğlubiyyətdən sonra özündə güc tapdı və azlıqda qalmasına baxmayaraq, “Udineze”yə 1:0 hesabı ilə qalib gəldi, ardınca isə ÇL çərçivəsində bu dəfə azlıqda qalan “Brügge”ni əliboş yola saldı – 3:1. Hər iki oyunla bağlı birər əlavəm var – “Udineze”nin təmiz qolu sayılmadı, “Brügge” isə oyunun bəzi bölümlərində “Milan”a meydanı dar edirdi. Bəlkə də azlıqda qalmasaydılar, xal qopara bilərdilər… Paulu Fonsekanın kollektivi boşalmalı deyil, lakin “Bolonya” ilə oyunun təxirə salınması nəticəsində istirahət edə biliblər.

Ticani Reynders və Teo Hernandes “Napoli” ilə oyunu buraxmalı olacaq – hər ikisi qırmızı kart cəzalısıdır. Böyük ehtimal, Hernandesi Terraçiano əvəzləyəcək, Loftus-Çik isə Reyndersin yoxluğunu hiss etdirməməyə çalışacaq. Məni səhərdən düşündürən bir məqam var: Leao oynayacaqmı? Oynasa belə, o effekti verəcəkmi? ” а в опорную зону вернется Лофтус-Чик. Не факт, что в основном составе выйдет Рафаэл Леау — он был не особо полезен в игре с “Брюгге”. “Brügge” ilə oyunda Leao sanki meydanda yox idi, bu azmış kimi, 60-cı dəqiqədə meydana çıxan Çukvueze-Okafor cütlüyü “rossoneri”yə qələbəni gətirdi. Abraham və Yoviçin də oynamayacağı dəqiqdir. Bu isə o deməkdir ki, Alvaro Morata hücumun mərkəzində olacaq. Bennaser, Qabbia, Florensinin yoxluğu da Fonsekanın qayğılarını artırır.

“Milan”ın oyununda “avtopilot” rejimi hiss olunur. Fonseka “Lill”dəki oyununu burada tətbiq edə bilmir. “Rossoneri” kollektiv futboldan olduqca uzaqdır. Ən çox gözə batan isə “build up” problemlidir ki, bu, məncə müasir futbolun əlifbasıdır. Balans pozğunluğu “Milan”ı bəzi hallarda rəqibləri qarşısında aciz duruma salır… Daha balanslı “Napoli”nin başında duran Antonio Konte adlı “qurd” isə bunu gözəl görür.

“Leççe” üzərində qələbə daha inamlı ola bilərdi, lakin “Napoli” əla, bir az da gücünü qoruyaraq, tabloya baxaraq futbol sərgilədi. Qol momentləri kifayət qədər idi, lakin şans “Leççe”nin tərəfində idi. Həftə sonu “İnter” və “Yuventus”un xal itirməsindən sonra neapollular fərqi müvafiq olaraq 4 və 5-ə çatdırdı.

Konte “Leççe” ilə oyunda rotasiya imkanı əldə etmişdi – Kvaratsxeliya və Politano oyuna ikinci hissədə daxil oldu. Bu gün isə hər ikisi start heyətdə meydanda olacaq. Lobotkanın oynamasına isə həkimlər qərar verməli olacaq.

“Verona”ya məğlub olduqdan sonra “Napoli” 8 oyundur uduzmur – “Yuventus” ilə heç-heçə + 7 qələbə. Maraqlı nüans – qələbələrdəki qol averajı 17:2 təşkil edir. Yəni Konte hesaba oynamağı bacarır. Məsələn, “Kalyari” kimi, boşluq verdinsə, hesab 4:0 da ola bilər. Lakin 1 top fərqlə qələbə də Konteni həmişə qane edib.

A Seriyasının ən stabil komandası olan “Napoli” ilə TOP-5-dəki ən qeyri-stabil “Milan”ın qarşıdurmasından Neapol təmsilçisinin 3 xalla evə dönəcəyinə inanmaq istəyirəm. Təbii ki, proqnozun əsasında həm də “Milan”da Hernandes və Reynders kimi əsas fiqurların olmaması da durur.

Hesab təxmini: 1:2

Scroll to Top