Hələ sentyabr ayında “Komo” 3 oyunluq məğlubiyyətsizlik seriyası yaşadı, lakin sonra “Napoli” və “Torino”ya uduzdu, “Parma” ilə heç-heçə etdi. “Komo”nu nədəsə günahlandırmaq olarmı? Əsla! Çünki həmin oyunlarda Sesk Fabreqasın yetirmələri əla təsir bağışladı, lakin “Napoli” ilə oyunda klass, “Torino” ilə oyunda isə şanssızlıq öz sözünü dedi. Xatırladım ki, həmin görüş 1:0 başa çatdı, lakin “Komo” oyunçuları” “Torino” qapısına 20-dən çox zərbə endirmişdi. Futbolun bu üzü də var…
Fabreqasın heyətlə bağlı ciddi problemi yoxdur, buna baxmayaraq, əsas heyətin 2 oyunçusu “Latsio” ilə oyunda komandaya kömək edə bilməyəcək – İqnas van der Brempt və Serxi Roberto oyunu tribanadan izləyəcək. Qocaman Belotti hücumda oynamağa can atsa da, Kutronenin bu oyunda startda çıxması daha məqsədəuyğun olar.
“Komo” evdə çox məhsuldardır – hər oyunda ortalama 2 dəfə rəqibi məyus etməyi bacarır. Bununla yanaşı, “gölçülər” az qala hər oyunda buraxır. Lakin ev oyunlarında başqa bir maraqlı nüans var – yalnız “Yuventus” “Komo” ilə oyunda, demək olar ki, qapıya zərbə endirməyə imkan verməyib. Digər ev oyunlarında Fabreqasın komandası rəqib qapısını bombardman edib.
“Latsio” haqda detallara getməyəcəm. Marko Baroni bu komanda ilə hələ çox yaxşı işlər görəcək. Üstəlik, paytaxt nəhənginin oynadığı futbol göz oxşayır. Söhbət əsl komanda oyunundan və balanslı hücum futbolundan gedir. Hətta 37 yaşlı Pedro bu çağında ikinci baharını yaşayır.
“Latsio”nun yeganə problemi səfər oyunlarıdır. Biz bunu “Torino”, “Udineze”, “Fiorentina və “Yuventus” ilə oyunlarda gördük. “Byankoselesti”nin bugünkü səfər performansı mənə də çox maraqlıdır…
3 oyundur qələbə üzünə həsrət və nəticədə 3 xal meydana çıxan “Komo” ilə olduqca açıq futbol oynayan “Latsio”nun oyunundan hər iki komandadan qol gözləyirəm. Düşünürəm ki, yaxşı temp və azacıq şans olsa, tərəflər oyunu hətta 2:2-dək apara bilər.