Copyright © 2025 Powered by [Anytech]
chelsea_128

Çelsi

KDÇ

Mercedes-Benz Stadium

Qalan vaxt
bitdi
16-06-2025 23:00
los-angeles_128

Los-Anceles

Ilkin1

Ilkin Əhməd

Müəllif

Proqnoz

Q/Q + 2.5 ÜST

1.80

Oyun analizi

Çelsi

KDÇ

Mercedes-Benz Stadium

16-06-2025 23:00

Los-Anceles

Qalan vaxt
Müəllif
Ilkin Əhməd

Proqnoz

Q/Q + 2.5 ÜST

1.80

Bir neçə illik yenidənqurma işlərindən sonra sanki “Çelsi” özü üçün yeni cığır aça bildi. Ən azından, “zadəganlar” öz ruhuna uyğun baş məqşçisini müəyyən edə bildi. Enzo Mareska bu mövsüm artıq titul əldə edib və London təmsilçisini Çempionlar Liqasına qaytardı. Bununla yanaşı, “mavilər” heyətini filtrdən keçirdi və Mareska, necə deyərlər”, əvvəlki kimi “başını itirmir”.

Böyük ehtimalla, milli fasilədə xidmətlərindən istifadə olunan oyunçular istirahət edəcək. Bu oyunçular arasında çaloba, Kolvill, Güsto, Kukurelya, Enzo Fernandez, Netu, Nikolas Cekson var. Təbii ki, son qərarı Mareska verəcək. Lakin start heyətlərinin açıqlanmasını gözləməkdə fayda var. Çünki “Çelsi”nin heyəti idealdan uzaq ola bilər.

Fofana, Joao Feliks, Sterlinq ABŞ-a getməyib. Bununla yanaşı, Enzo Mareska aydın şəkildə bəyan edib ki, Veiqa və Paesi gələn mövsüm heyətdə görmür. Beləliklə, onlar da “Çelsi”nin sifariş ərizəsində yoxdur.

Londonlular ötən mövsüm stabil deyildi, lakin ümumilikdə oyunun bütün komponentlərində o qədər çətinlik çəkmirdilər. Buna baxmayaraq, finişə yaxınlaşdıqca “Çelsi”nin məhsuldarlığında azalma baş verdi. Hətta Konfrans Liqasının finalında vurulan qollar axar oyundan vurulmadı.

“Los-Anceles” yeganə klubdur ki, təsnifat mərhələsi keçərək turnirdə iştirak haqqını qazanıb. Meksikanın “Leon” klubu turnirdə iştirakdan imtina etdikdən sonra amerikalılar Meksikanın “Amerika” adlı klubu ilə gücünü sınadı. Hərçənd, Kaliforniyalılar əməlli başlı əziyyət çəkdilər – əsas vaxtın bitməsinə bir neçə dəqiqə qalmış onlar hesabı bərabərləşdirdi, ardınca isə əlavə vaxtda cütlüyün taleyini həll etdi. Bu turnirə “Los-Anceles” 10 oyunluq məğlubiyyətsizlik seriyası ilə gəlir. Hazırda klub MLS-də öz konfransında 5-ci yerdə qərarlaşıb.

Vaxtilə “Çelsi” üçün tər tökən Olivye Jirunun keçmiş komandasına qarşı hansı performans sərgiləyəcəyi çox maraqlıdır. Digər tərəfdən, hər kəsin gözü mövsümün başından artıq 12 qol vuran Buanqanın üzərində olacaq.

Sırf MLS üzərində getsək, 16 tura “Los-Anceles” 30 qol vurub və yalnız “San-Xose”də geri qalır. Bütün turnirləri nəzərə alsaq, Kaliforniya təmsilçisi 11 oyundur meydanı qol vurmadan tərk etmir, üstəlik, cəmi bir oyunda rəqib torunu 2 dəfədən az silkələyib.

“Çelsi”nin açıq-aşkar favorit statusuna baxmayaraq, fikrimcə, “Los-Anceles” ciddi müqavimət göstərə bilər. Düzdür, “Çelsi” bu turnirə böyük heyətlə gəlib. Lakin yuxarıda da qeyd etdiyim kimi, bəzi oyunçular qrup mərhələsində istirahət edə bilər.

Məsələyə digər tərəfdən yanaşsaq, “Los-Anceles”in oyunçuları oyun kondisiyalarını qoruyub – MLS hələ yenicə qızışır. Məhsuldarlıqla bağlı amerikalıların problemi yoxdur.

Düşünürəm ki, biz qarşılıqlı qollar görəcəyik.

Scroll to Top