Copyright © 2025 Powered by [Anytech]
brentford

Brentford

Premyer Liqa

BCS

Qalan vaxt
bitdi
27-09-2025 15:30
man-united_128

Mançester Yunayted

Ilkin1

Ilkin Əhməd

Müəllif

Proqnoz

EV 1.5 ÜST

2.24

Oyun analizi

Brentford

Premyer Liqa

BCS

27-09-2025 15:30

Mançester Yunayted

Qalan vaxt
Müəllif
Ilkin Əhməd

Proqnoz

EV 1.5 ÜST

2.24


“Brentford”un Premyer Liqada işləri yaxşı getmir. Beş turdan sonra cəmi bir qələbə qazanan London klubu başına çarə qılmalıdır. “Çelsi” ilə evdə keçirilən oyunda 93-cü dəqiqədə vurulan qolla xilas edilən 1 xalı əslində müsbət hadisə hesab etmək olar. Lakin “Fulhem” ilə oyunda yaxşı başlayan “arılar” mövsümün klassikası üzrə davam etdi – buraxılan 3 qol, əldə var – sıfır.

Kit Endryusun heyət dərinliyi və zədə ilə bağlı problemi yoxdur. Hətta əla rotasiya variantları var. Bu azmış kimi, “Brentford”un ön tərəfində çox keyfityyətli oyunçular var və onların arasında ciddi və sağlam rəqabət mövcuddur.

Mançester derbisindəki ağır məğlubiyyətin ardınca “Çelsi” üzərində əldə olunan qələbə Ruben Amorimin istefa çağırışlarını bir qədər sakitləşdirdi. Həmin oyunda “Çelsi”nin azlıqda qalması “qırmızı şeytanlar”ın dadına çatdı. Beləliklə, “Mançester Yunayted” mövsümdəki 2-ci qələbəsini qazanadı.

Həmin oyunda Kasemiro da qırmızı kart aldı. Beləliklə, bugünkü oyunu buraxmalı olacaq. Onu, düşünürəm ki, Manu Uqarte əvəz edəcək. Mateuş Kunya və Meyson Maunt zədəsini sağaltsa da, Nussair Mazraui azı milli arayadək sıradan çıxıb. Böyük ehtimal, onu Dioqu Dalot əvəzləyəcək.

2025-ci ilin yanvarında “Mançester Yunayted” ardıcıl 3 səfər oyununu uddu və Amorim dönəminin rekordu hələlik budur. O vaxtdan “qırmızı şeytanlar” səfər sindromuna tutulub – son 7 səfər oyununda Amorimin yetirmələri qələbəni bayram edə bilmir.

Hər iki komandanın bu oyuna hazırlaşmaq üçün 1 həftə vaxtı olub. Ən güclüləri startda görmək haqqımızdır.

Nəzərə alsaq ki, hər iki komanda ortalama hər oyunda 1 qoldan çox vurur və 1.5 qol buraxır, qollu qarşılaşma gözləmək də haqqımızdır. Haqqımızı verəcəklərinə ümid etmək qalır. Çünki hər iki komandanın ön xətti xeyfiyyətlidir, müdafiəsi isə dayanıqlı deyil.

Brayan Mbuemo keçmiş komandasını cəzalandıra bilər, ümide edirəm ki, Iqor Tiaqo bunu cavabsız qoymaz. “Çelsi” ilə evində oynadığı trilleri əldə rəhbər tutaraq, “Brentford”un 2-ci qolunu gözləyəcəm…

Scroll to Top