Copyright © 2025 Powered by [Anytech]
everton

Everton

Premyer Liqa

Hill Dickinson

Qalan vaxt
bitdi
29-09-2025 23:00
west-ham_128

Vest Hem

Ilkin1

İlkin Əhməd

Müəllif

Proqnoz

EV 1.5 ÜST

1.68

Oyun analizi

Everton

Premyer Liqa

Hill Dickinson

29-09-2025 23:00

Vest Hem

Qalan vaxt
Müəllif
İlkin Əhməd

Proqnoz

EV 1.5 ÜST

1.68

“Everton”un başının üstünü qara buludlar aldı sanki… Ardıcıl 3 qələbədən sonra (liqada) eyni sayda qələbəsiz oyun seriyası fanatları narahat etməyə başladı. “Liverpul”da alınan məğlubiyyət anlaşılandır, hərçənd derbidə, necə deyərlər, hər kəs can qoydu, lakin indiki durumda “Aston Villa”nı məğlub edə bilməmələri qəribə idi, amma bəxtsizlik də oldu… Ardına Devid Moyesin kollektivi kubok oyununda Premyer Liqanın sonuncusu “Vulverhempton”a uduzdu. Ümid edirik ki, Moyes baş verənlərdən dərs çıxarıb.

Kubok oyunundan altı gün keçib və bərpa olunmaq üçün kifayət qədər vaxt var idi. Düzdür, kubok oyununda ikinci heyətdən olan hücum xətti çıxış edirdi, lakin Moyes onları sərt tənqid etməyə bilməzdi. Bugünkü qarşılaşmada isə komandanın məhsuldarlığına Kirnan Dyuzberi-Holl, Cek Qriliş, İliman Ndiaye, Beto cavabdeh olacaq.

Devid Moyes üçün bugünkü oyun özəl olacaq. Şotland mütəxəssis 4 ildən çox vaxt kəsimində “Vest Hem”i çalışdırıb və 2023-cü ildə paytaxt təmsilçisi ilə Konfrans Liqasını qazanıb. Ardınca Premyer Liqadakı 9-cu pillə “çəkicdöyənlər”in rəhbərliyini qane etmədi və Moyes qovuldu. Revanş üçün ideal durum yaranıb. Maraqlıdır ki, “Everton” yeni stadionu olan “Hill Dickinson Stadium”da keçirdiyi 3 oyunda hələ qol buraxmayıb. Üstəlik, son 10 ev oyununda mersisaydlılar cəmi 1 dəfə (“Mançester Siti”) məğlub olub .

Son altı oyunda alınan beş məğlubiyyət Qrehem Potterin istefası ilə nəticələndi. Beləliklə, “Vest Hem”də Nunu Eşpiritu Santu dönəmi başladı. Maraqlıdır ki, “Vest Hem” mövsümdəki yeganə qələbəsini Santunun “Nottingem Forest” ilə oyunda bayram etmişdi.

Santunun təyinatı oyuna 1 gün qalmış baş verdi və radikal dəyişiklik gözləməyə dəyməz. Lakin bəzi yüngül toxunuşları görə bilərik. Potterin bu mövsüm əsas qapıçısı kim idi, hələ də bəlli deyil. Areola-Hermansen-Fabianski üçlüyündən Santunun kimə üstünlük verməsi mənə də maraqlıdır. Bununla yanaşı, mərkəz hücumçusunun kimliyə də hər kəs kimi mənə də maraqlıdır. Bu mövqedə Kallum Uilson və Niklas Füllkruq çıxış edə bilər. Hələlik bəlli olan odur ki, Aaron Van-Bissaka və Tomaş Souçek bugünkü qarşılaşmada oynamayacaq.

Santunun ilk çözməli olduğu problem – müdafiə. London klubu artıq 13 qol buraxıb – liqadakı ən pis göstəricidir. Maraqlısı budur ki, kağız üzərində “Vest Hem” rəqiblərinə cəmi 1.54 xG gözləntisi yaradır, lakin rəqiblər gözləntidən 1 top artıq vurmağı bacarır.

Daha bir maraqlı məqam – “Vest Hem” künc zərbələrindən sonra 8 qol buraxıb.

Əlbəttə, biz Nunu Eşpiritu Santunu çox sevirik. O bizə öz futbolu ilə özünü sevdirib. Komandanın işləri yaxşı getməyəndə gün kimi aydındır ki, istefa ərizəsinin yazılmasına sayılı günlər qalıb. Yeni gələn məqşçidən isə dərhal reaksiya gözləmək də düzgün deyil. Ən azından ona görə ki, bu, Santunun “Vest Hem”i deyil. Santu balanslı futbolu sevir, nəticəyə oynayır. Lakin “Everton” da pis gedişata dur deməyə çalışacaq. Brentveytin olmaması komandaya pis təsir edib, lakin hücum xətti əladı.

Məncə “Everton” azı 2 qol vurmağa qadirdir. Qırmızı kart cəzalısı olan Souçekin olmaması da “Vest Hem”in müdafiə balansını poza bilər.

Bol şans!

Scroll to Top