“Barselona” oyuna nəzarət etməkdə problemlər yaşayır – yüksək pressinq, bir sıra liderlərin fərdi geriləməsi və kadr itkiləri komandanı zəiflədir. Lakin problemlər tədricən həll olunur və “El Klasiko”dakı məğlubiyyətdən sonra Kataloniya təmsilçisi ardıcıl dörd oyunda qələbə qazanıb.
Problemləri qabarıq şəkildə Çempionlar Liqasında “Çelsi” ilə matç (3:0) göstərdi. “Barselona” bu oyunu Ronald Arauxonun meydandan qovulmasına qədər də pis keçirirdi, ondan sonra isə tamamilə dağıldı. Bu uğursuzluq paltardəyişmə otağına ciddi təsir (mənfi) göstərdi. Görəsən, “Atletiko” ilə görüşə qədər komandanın mənəvi vəziyyəti bərpa olunacaqmı – əsas sual budur.
“Atletiko” əvvəlki kimi qüsursuz deyil. Müdafiənin etibarlılığı itib. Lakin hücumda Madrid təmsilçisi çox təhlükəlidirlər – Alvarez haqda əlavə deməyə ehtiyac yoxdur.
Liqada “Atletiko” ardıcıl dörd qələbə qazanıb – əksər hallarda rəqiblərin boşluqlarından istifadə edərək minimal hesabla qazanır.
Hazırda “Barsa”nın bütün ümidi Rafinya və Arauxonun vəziyyətinin yaxşılaşmasınadır. Birinci zədəsindən sonra əvvəlki formasını bərpa etdikcə, onun varlığı hücumun gücünü xeyli artırır. Arauxo isə müdafiənin əsas fiqurudur. Çempionlar Liqasındakı “hoqqa”dan sonra ara qarışdı, məzhəb itdi. Üstəlik, mətbuat yazır ki, Arauxo “özünə gəlmək” üçün vaxt istəyib.
Son beş şəxsi qarşılaşmada üstünlük “Barselona” tərəfindədir – 3 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət. Birinci dövrədə Madrid təmsilçisi öz meydanında Kataloniya klubuna 0:2 hesabı ilə məğlub olmuşdu.
“Barselona” matça favorit kimi çıxır. Sadəcə, onlar evdə oynayırlar, eyni zamanda, kadr itkilərinə baxmayaraq, “Atletiko”dan bir qədər yaxşı görünürlər. Lakin Kataloniya komandasının daxilindəki gərgin vəziyyət, xüsusilə “Çelsi”dən məğlubiyyətdən sonra, istənilən proqnozu pozmağa qadirdir.
“Atletiko” isə bu cür oyunlarda topu rəqibə verməyə sevir, ardınca taktiki olaraq sancmağa çalışır.
Burada əsas diqqət olunası məqam odur ki, Flikin fəlsəfəsi dəyişmir + mənə bəzən elə gəlir ki, alman mütəxəssisin B planı yoxdur.
Olduqca qollu bir qarşılaşma gözləyirəm.







