Milli aradan sonra Mikel Artetanın kollektivi əvvəlki formasını yığa bilmir. Son 2 görüşdə oyun keyfiyyəti olduqca aşağı idi, “Bornmut” ilə oyun isə həm nəticə baxımından komandada şok effekti yaratdı. Həmin oyunda londonlular bu mövsüm 3-cü dəfə azlıqda qaldı və oyunun sonunda tabloda 2:0 hesabı göründü… “Şaxtyor” ilə ÇL çərçivəsindəki oyunda da “Arsenal” özünə bəznəmirdi… Nəticədə ukraynalıların qapıçısı Riznikin avtoqolu “onları”topçular”ın dadına çatdı…
“Arsenal”ın “beyin”i Odeqaardın zədəsi çox ciddi problemdir. Komandada problem azmış kimi, ötən oyunda qırmızı kart alan Saliba bu görüşü buraxacaq. Üstəlik, Kalafiori də zədələndi. Nəzərə alaq ki, Kiran Tirni və Takexiro Tomiyasu da zədəlidir… Yeri gəlmişkən, Kalafiori cümə günü keçirilən məşqdə iştirak etməyib. Daha əvvəl Arteta etiraf etmişdi ki, italyan müdafiəçinin durumu yaxşı deyil. Həmin məşqdə Yurien Timber də iştirak etmıyib. Arteta isə Bukayo Sakanın qayıdışına ümid edir.
“Şaxtyor”a qalib gəlməklə “Arsenal” “Emirates”dəki qələbə seriyasını 5-ə çıxardı. Ümumilikdə isə “topçular” son 10 ev oyunundan 9-da qalib gəlib. Lakin Şimali London təmsilçilərinin narahatlıq üçün bir əsası var: Salibanın oynadığı oyunların 74%-ni qazanan “Arsenal”, fransız müdafiəçisiz oyunların cəmi 45%-də qələbə sevinib.
“Liveprul” isə rekordları alt-üst etməyə davam edir. Arne Slotun yetirmələri fantastik formadadır. Ötən turda “Enfild”dən “Çelsi”ni evə əliboş yola salan həftə içi ÇL-də “Leypsiq”ə qalib gəldi. Hazırda “Liverpul”un aktivində ardıcıl 8 qələbə var, o cümlədən altı səfər qələbəsi…
Slot qapıçı problemini çözmüş kimi görünür – Kelleher Alissonun yoxluğunu hiss etdirmir. “Leypsiq” ilə oyunda bir neçə əla seyv edən irland bir daha isbat etdi ki, qapı etibarlı əllərdədir. Harvi Elliott və Dieqo Jota da bugünkü oyunu buraxacaq. Jotanın yoxluğu onu deməyə əsas verir ki, Darvin Nunyes startda başlayacaq.
“Liverpul” bu gün qazansa, 24 xal yığacaq və 2019/2020 mövsümündəki (25 xal) uğurunu təkrarlayacaq. Lakin son “Arsenal” son 2 ev oyununda “Liverpul”a qalib gələ bilib və ümumilikdə son 4 şəxsi görüşdə “qırmızılar”a uduzmayıb.
Əvvəldə də qeyd etdiyim kimi, “Arsenal” milli aradan sonra inamlı təsir bağışlamır. Sakanın oynaya bilməsi komandanın oyununa kreativlik qata bilər, lakin Artetanın yetirmələri hazırda Premyer Liqanın ən güclü müdafiəsinə qarşı mübarizə aparacaq – mersisaydlılar cəmi 3 qol buraxıb. Lakin “topçular” evində “Liverpul” ilə oynamağı bacarır.
“Liverpul” “Leypsiq” ilə səfərdən yorğun qayıdır. Həmin görüşdə də şans Slotun komandasının tərəfində idi – almanlar daha yaxşı təsir bağışladı və bir neçə net momenti qaçırdı… Bugünkü görüşdə də tərəflərdən azı 1 qol gözləməyə haqqımız var… Lakin Slotun komandasının 1 nömrəli hədəfi uduzmamaq olacaq… Bundan yola çıxaraq, “Liverpul”a 1 fora verirəm və Slotun komandası qalib gələcək…
Hesab təxmini: 1:1