Copyright © 2025 Powered by [Anytech]
arsenal_128

Arsenal

Çempionlar Liqası

Emirates Stadium

Qalan vaxt
bitdi
29-04-2025 23:00
psg_128

PSJ

Ilkin1

Ilkin Əhməd

Müəllif

Proqnoz

QK 1.5 ÜST

2.63

Oyun analizi

Arsenal

Çempionlar Liqası

Emirates Stadium

29-04-2025 23:00

PSJ

Qalan vaxt
Müəllif
Ilkin Əhməd

Proqnoz

QK 1.5 ÜST

2.63

Bu gün Bakı vaxtı ilə 23:00-da Çempionlar liqasının 1/2 finalında ilk oyunda “Arsenal” doğma meydanda PSJ-ni sınağa çəkəcək. Oyunla bağlı bir çox bağlı düyün var, gəlin, onları birgə çözək…

Çempionlar Liqasının builki gedişatı məndə bir təsəvvür yaratdı ki, PSJ Fransa çempionatından bezib, Premyer Liqa TOP-ları ilə qol gücünü sınayır. Nə qədər olmaya, orada rəqabət daha yüksəkdir. Hələlik gedişat onu göstərir ki, PSJ Premyer Liqada da çempion ola bilər. Yaxşı, gəlin, konspirologiyanı bir kənara qoyaq, lakin “Liverpul”, ardınca “Aston Villa”, qrupa mərhələsində isə “Mançester Siti”… fiaskoya uğradı. Söz “Arsenal”a verilib…

Londonlular Avropanın ən mötəbər turnirində “Real Madrid”i kənarlaşdırdı. Müdafiənin ideala yaxın oyunu (Salibanı danlamağın mənası yoxdur, əsas nəticədir – red.), düzgün taktika və şans Mikel Artetaya nəticəni verdi. Salibanın səhvinə başqa tərəfdən də yanaşmaq olar – “Real Madrid” yeganə qolu məhz onun nəticəsində gəldi. Demək, Saliba yaxşı oyun keçirdi.

Bu mövsüm ÇL-də bir oyunda “topçular”ın qapısına iki dəfə yola tapan klub yoxdur – bu da maraqlı məqamdır. Hətta PSJ-nin kənarlaşdırdığı “Liverpul” bu cür müdafiə oluna bilmir. PSJ isə həmin “Liverpul”a iki oyunda cəmi 1 qol vurmuşdu. Yeri gəlmişkən, bu baxımdan Premyer Liqada da “Arsenal” ən yaxşı göstəriciyə malikdir.

Madəm biz Premyer Liqadan danışırıq, nəzərə alaq ki, balanslı müdafiəyə baxmayaraq, “Arsenal” yenə də ikincidir – çünki hücum xətti effektiv deyil. Bu məsələyə statistik olaraq yox, qlobal yanaşmaq lazımdır. Unutmayaq ki, “Real Madrid”ə vurulan iki qola o qolların müəllifi (Deklan Rays) belə inanmadı. Bir çox ekspertlərin və fanatların dediyi kimi, Deklan Rays 100 dəfə o topa vursa, 99-u qol olmaz. Buna gözlənilməzlik effekti demək olar. Digər tərəfdən, “Real”ın müdafiə xətti zədə səbəbindən çox zəif idi.

Üçüncüsü, bu mövsüm “Real”ın halı hal deyil. PSJ isə, əksinə, fantastik formadadır. Luis Enrike hər oyunda komandasına dominantlıq etməyi öyrətdi. Mikel Arteta ardıcıl 3 mövsümdür “Arsenal”a bunu öyrətməyə çalışır. Alınırmı? Rəqibdən asılı olaraq, alınır… PSJ isə bunu hər oyunda edir.

“Nitsa” ilə son oyunda itirilən 3 xal oldu, lakin Luis Enrikenin kollektivi yenə də minimum proqramı yerinə yetirdi. Paris təmsilçisi artıq Liqa 1-də “relax” rejimində futbol oynayır. Üstəlik, həmin oyunda: 1) “Nitsa” hər fürsəti dəyərləndirdi; 2) Martsin Bulka karyerasının ən fantastik performansını nümayiş etdirdi. Taktiki olaraq isə PSJ elə həmin PSJ idi… Yeri gəlmişkən, həmin oyunun anti-qəhrəmanı, sözsüz ki, Donnarumma idi.

Uzun sözün qısası, bu gün də biz Liverpul – PSJ oyununun təkrarını görə bilərik. Düşünmürəm ki, ilk oyunda komandalar ciddi risk alsın. Mikel Artetaya bu risk dəqiq lazım deyil. Kadr itkilərini nəzərə alsaq, tempin kəllə-çarxa çıxması risk yox, ölüm fərmanı ola bilər. Buna baxmayaraq, “Emirates”in atmosferi ev sahibini zaman-zaman önə çıxmağa vadar edəcək. Bu məqamda isə PSJ-nin ideal formada olan hücum xətti azı 1 dəfə rəqibi cəzalandıracaq.

Oyunla bağlı əsas düşüncəm odur ki, PSJ uduzmayacaq. Mərcsevərlər bu seçimdən azı 1.60+ əmsal götürə bilər…

Üstəlik, bu oyunda 4 qol, hətta 3 qol təsəvvür edə bilmirəm… Təbii ki, “Arsenal” ÇL həyatından bezməyibsə…

Buna baxmayaraq, PSJ-dən 2 qol gözləyirəm… Bunu görmək ümidi ilə…

Unutmayın, ilk oyunlar mərc baxımından bağlı qutu hesab olunur. Cavab oyunlarında artıq ümumi mənzərə və bizi gözləyəcək ssenarini cızmaq rahat olur.










Scroll to Top