Copyright © 2025 Powered by [Anytech]
aston-villa_128

Aston Villa

Çempionlar Liqası

Villa Park

Qalan vaxt
bitdi
15-04-2025 23:00
psg_128

PSJ

Ilkin1

Ilkin Əhməd

Müəllif

Proqnoz

2.5 ÜST

1,47

Oyun analizi

Aston Villa

Çempionlar Liqası

Villa Park

15-04-2025 23:00

PSJ

Qalan vaxt
Müəllif
Ilkin Əhməd

Proqnoz

2.5 ÜST

1,47

Bu gün Bakı vaxrtı ilə 23:00-da Çempionlar Liqasının 1/4 finalı çərçivəsində cavab qarşılaşmasında inanılmazı bacarmağa çalışacaq – 1 top fərqlə qazanıb, oyunu əlavə vaxta aparmağı və ya 2 top fərqlə qələbəni və eyni zamanda yarımfinala keçidi bayram etmək. PSJ-nin hazırkı formasını nəzərə alsaq, “nəyə görə inanılmaz?” sualı kiminsə beynində canlanmaz yəqin…


KOMANDALARIN DURUMU

Aston Villa

İngiltərə Premyer Liqasının son turunda “Aston Villa” Çempionşipə düşməyi dəqiqləşən “Sauthempton”u 3 cavabsız qolla məğlub etdi. Az da olsa, bugünkü qarşılaşmadan öncə motivasiya oldu.

ÇL-də bu mövsüm “Aston Villa” doğma meydanda məğlubiyyətin nə olduğunu bilmir. “Bavariya” üzərində “quru” hesablı qələbəni xüsusilə vurğulamaq lazımdır.

Ezri Konsa, Con Makginn və Bubakar Kamaranın əsas komandaya qoşulması gözlənilir. Unai Emeri zədəsini sağaltmaqla məşğul olan Ross Barklinin xidmətlərindən istifadə edə bilməyəcək.

PSJ

Luis Enrikenin “bandası” ideal formadadı – son 30 oyunda cəmi 1 dəfə məğlub olmaları bunun əsas sübutlarından biridir.

Usman Dembele ÇL çərçivəsində keçirdiyi 6 oyunda 7 qol vurub.

Li Kanq-In bu oyunu zədə səbəbindən buraxır.


TAKTİKİ ANALİZ


Unai Emerinin “Aston Villa”sı bu cür oyunlarda intizamlı müdafiəyə və kəskin əks-hücumlara önəm verir. İspan mütəxəssis orta bloka çox üstünlük verir və rəqibi oyundan kənarda “tələ”yə salmağı bacarır. Rəqəmlər hər şeyi deyir – bu il 81 dəfə bunu uğurlu şəkildə tətbiq ediblər. Ən önəmli məqam isə Birmingem təmsilçisinin hücum xəttinin çox sürətli və kreativ olmasıdır. Onların hər biri fərdi bacarıqlarını işə salaraq, rəqibi “ovlamağa” qadirdir.


Luis Enrike isə top sahibliyi ələ keçirməyi və çevik yerdəyişmələri sevən hücum futboluna üstünlük verir. Onun 3-2-5 taktiki sxemi cinahları olduqca effektiv vəziyyətə gətirir, orta zonada üstünlüyün ələ keçirilməsinə səbəb olur, eyni zamanda hücumda da say üstünlüyü yaradır. Bunun hesabına hazırda 3-cü zonada ən effektiv 2 klubdan biri PSJ-dir, digərini özünüz təxmin edin.


NƏTİCƏ


Şübhəsiz ki, bizi fərdi duellər və taktiki nüanslarla dolu olduqca maraqlı bir görüş gözləyir. İlk baxışdan “Aston Villa”nın itirəsi bir şeyi yoxdur, lakin Opta-nın dili ilə desək, onların növbəti mərhələyə keçid şansı 8.5% təşkil edir. Lakin ingilislər erkən qol vursa, bu şanslar xeyli yüksələcək və PSJ-ni də daha çox risk almağa vadar edəcək. Fransada çempionluğu artıq bayram edən PSJ-nin fikri-zikri sırf bu oyuundadır. Onlar da istənilən tempdə oyuna hazırdır.

Təbii ki, bu, sadəcə onlarla ssenaridən biridir. İstənilən halda PSJ üçün ağır səfər olacaq. ÇL-in bu mərhələsində heç bir rəqibi dırnaqarası qiymətləndirmək olmaz.

Hesab təxmini: 2:2

Scroll to Top