“Atalanta” hələ də özünü axtarır – 4 turdan sonra Berqamo təsmilçisi turnir cədvəlinin ortalarına yaxın qərarlaşıb. Can Piero Qasperini möcvud durumu düzəltmək niyyətindədir. Son oyunlara nəzər salsaq, görərik ki, “Atalanta” daha az səhv edir və hücuma köklənib. Retegi komandaya əla adaptasiya olunub və Skamakkanın yoxluğunu qəti hiss etdirmir. İnanmıram ki, “Arsenal”ın qapısına vura bilmədiyi penalti onun özgüvəninə mənfi təsir etsin. Əksinə, böyük ehtimalla, doğma publikaya bu xoşagəlməz epizodu unutdurmaq üçün əlindən gələni edəcək.
“Komo” A Seriyasında çətinliklərlə boğuşur. Lakin Sesk Fabreqasın yetirmələri daha yüksək tempdə keçən oyunlara belə ayaq uydurmağa çalışır və bəzən xal qopara bilir. Diqqətçəkən məqamlardan biri də odur ki, “Komo” hücumlarda daha soyuqqanlı davranmağa çalışır. Yəqin, bugünkü qarşılaşmada da “Komo”nun əlinə fürsətlər keçəcək.
Lakin etiraf etmək lazımdır ki, Berqamoda “Komo”nun xal qoparmaq şansı o qədər də yüksək deyil.
Komandaların şəxsi görüşlərində də maraqlı statistika var və “statistika” bölməsinə nəzər salmağınızı tövsiyə edirik.
Hesab proqnozu: 3:1