Oyundan öncə “Beşiktaş” fanatlarının Amsterdamda yaratdığı atmosfer artıq bu qarşılaşmaya intriqa gətirib…
“Ayaks” Niderland çempionatının son turunda “Qou Ehed İqlz” ilə heç-heçə oynadı. Həm nəticə, həm də oyun keyfiyyəti baş məşqçi Françecko Farioliyə qarşı tənqidlərə yol açdı. Farioli “Beşiktaş”ı yaxşı tanıyır, lakin yenilənmiş “qara qartal” ilə ilk dəfədir üz-üzə gələcək. Yeri gəlmişkən, “Alanyaspor”un baş məşqçisi olduğu zaman “Beşiktaş”la mövcud olan statistikası da uğurlu deyil…
“Beşiktaş” Amsterdamdakı oyun yaxşı formada hazırlaşır. Həm Avropada, həm də Türkiyə çempionatında uğurlu gedişata baxmayaraq, “Beşiktaş”ın ani partlmadan sonra oyununda düşüş var. Məsələn, “Eyüpspor” ilə oyundan sonra bir sıra ekspertlər qeyd edirdi ki, Covanni van Bronkxorstun sistemi artıq çözülüb. Publika isə Cionu və oyununu çox sevir.
Hər iki komandanın hücum potensialını və müdafiədəki boşluqları nəzərə alsaq, bizi bol qollu qarşılaşma gözləyə bilər.
Hesab təxmini: 2:2