Copyright © 2025 Powered by [Anytech]
barcelona_128

Barselona

Çempionlar Liqası

Estadi Lluis Companys

Qalan vaxt
bitdi
30-04-2025 23:00
inter_128

Inter

Ilkin1

Ilkin Əhməd

Müəllif

Proqnoz

EV 2.5 ÜST

2.55

Oyun analizi

Barselona

Çempionlar Liqası

Estadi Lluis Companys

30-04-2025 23:00

Inter

Qalan vaxt
Müəllif
Ilkin Əhməd

Proqnoz

EV 2.5 ÜST

2.55

Daimi oxucularımız bunu bilsə də, yeni oxucularımız üçün kiçicik haşiyə – bu saytda yalnız futbol analizləri paylaşılır. Ardını yazmağa lüzum bilmirəm.

Bu analizi yazarkən “Barselona” formasını əynimdən çıxarıb, yalnız oxucularımza faydalı olmaq məqsədilə (kiçicik) futbol biliyimdən istifadə etməyə çalışmışam

Bu gün Çempionlar Liqasının 1/2 final mərhələsinin ilk oyunu çərçivəsində Barselona – Inter oyunu baş tutacaq. Bakı vaxtı ilə 23:00 da fransalı hakim Kleman Türpen oyunun startına işarə edən fiti səsləndirəcək.

Ötən həftə Kral kubokunun finalında “Barselona” əzəli rəqibi “Real Madrid”dən üstün oldu və mövsüm ərzində 2-ci titulunu qazandı. La Liqada da “Barsa”nın işləri yaxşı gedir – yenə də əzəli rəqibindən 4 xal öndədir. Hələlik əsas hədəf kimi ÇL finalına çıxmaq qoyulub. Bugünkü rəqiblərin mövcüd durumuna nəzər salsaq, Hansi Flik növbəti dəfə trebl etməyə yaxındır.

Robert Levandovski bugünkü qarşılaşmanı buraxacaq. Onunla yanaşı, tribunadan Alexandro Balde oyunu izləyəcək. İspan müdafiəçi zədəsini sağaldıb və məqşlərə başlayıb. Lakin inanmıram ki, Balde bu gün start heyətdə çıxsın.

“Inter”in halı, yumşaq desək, hal deyil. Aprel ayı Simone Inzaginin kollektivinə düşmədi. Son səkkiz oyunda “neradzurri” cəmi iki qələbə qazanıb, son üç oyunu isə ümumiyyətlə qol vurmadan uduzub. Həftə sonu “Roma”dan alınan 0:1-lik məğlubiyyətdən sonra A Seriyasındakı çempionluq şansları da minimuma endi. Ölkə kubokunda isə “Inter” əbədi rəqibi “Milan”a məğlub oldu və hazırda mövsümü kuboksuz tamamlamağa çox yaxındır.

Benjamen Pavarın bu gün oynamayacağı dəqiqdir. Mərkəz müdafiəçisi “Roma” ilə oyunun 15-ci dəqiqəsində məcburən əvəzləndi. Sözsüz ki, fransız müdafiəçini Yan Bissek əvəzləyəcək.

Markus Türamın isə oynayacağı sual altındadır.

Son həftələrdə “neradzurri”də ciddi düşüş yaşanır. Buna baxmayaraq, “Inter” ÇL çərçivəsində “Bavariya”nı keçə bildi. Maraqlıdır ki, qol buraxmayan “Inter” 2 oyunda toplam 3 qol buraxdı və bir neçə epizodda futbol tanrısına dua etdi.

Xülasə, ideal formada olan “Barsa” ilə düşüş yaşayan “Inter”i müqayisə etmək həm asandır, həm də çətin. Məsələ burasındadır ki, Hansı Flikin də dediyi kimi, “Inter” müdafiədə güclü, əks-hücumda isə ölümcüldür. Üstəlik, “Inter” və “Barsa” taktiki olaraq bir-birinə zidd rəqiblərdir. Buna baxmayaraq, özümdə cəsarət tapıb, ənənəvi kiçicik ssenari cızma-qara etməyə çalışacam.

İlk oyun Cüzeppe Meazzada olsaydı, bunu deməzdim. “Barsa” evində risk etməyə, dominantlığını ortaya qoymağa məcburdur. “Risk etməyə məcburdur” ifadəsi ilə bunu nəzərdə tuturam: erkən qol vurmalıdır. Hansi Flikin ən sevdiyim özəlliklərindən biri budur ki, yaralı rəqibini tamamilə məhv etməyə çalışır. İndiki durumda bu xüsusilə yerinə düşər. Üstəlik, buraxılan qoldan sonra “Inter” konsentrasiyanı itirə bilər. Hansi Flikin olduqca yüksək tempdə oynayan “Barselona”sının sürətli hücumlarından sonra “neradzurri” ləngər vura bilər. Flik isə bu ləngər vuran gəmini batırmağa çalışar.

Əlqərəz, məncə “Barselona” 2 qol vurmağa məhkumdur. Mərcsevərlər üçün bu seçimin də əla əmsalı var. Mən “Barsa”dan 3-cü topu gözləyəcəm.

Scroll to Top