Şübhəsiz, bu gün biz Bundesliqanın ilk dövrədəki ən vacib oyununa şahidlik edəcəyik. “Allianz Arena”da “Bavariya” son 12 il ərzində ilk dəfə hazırkı çempionla qarşılaşacaq. Üstəlik, Almaniya futbolunun iki əsas ümidi – Florian Virtz və Camal Musiala üz-üzə gəlir. Görək “əczaçılar” qarşısıalınmaz alman maşınını durduracaq resept tapa biləcəkmi?
Bu oyun hər iki komanda üçün olduqca vacibdir. Lakin “Bavariya” fanatları doğma komandalarının möhtəşəm startından sonra hər ötən oyun təzyiqi artırır və daha çoxunu gözləyir. Vensan Kompaninin yetirmələri, sözsüz ki, qollarla yerli publikanı sevindirəcək. Hər biriniz kimi, mən də “Bayer Leverkuzen”in müdafiəsindəki boşluqları hər oyun görürəm və şoka düşürəm…
“Bayer Leverkuzen” müdafidə ciddi səhvlərə yol versə də, hücum xəttinə söz ola bilməz. Üstəlik, Alonsonun yetirmələri bir neçə oyunda məğlubiyyətdən qaça bildi, hətta qələbə qazandı… Elə son oyuna baxmaq kifayətdir.
Oyunda diqqət yetirilməsi vacib məqamlardan biri də odur ki, “Bayer Leverkuzen” bu mövsüm 2-ci hissədə inanılmaz çox qol buraxır.
Fikrimcə, “Bavariya” keçən il çempion olmağı bacaran “əczaçılar”a yerini göstərmək üçün meydana çıxır. Bol qollu qarşılaşmadan məncə ev sahibi qalib çıxacaq…
Hesab proqnozu: 3:1