Qadınlar arasında Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində bu gün “Allianz Arena”da yerli “Bavariya” “Arsenal”ı qəbul edir. Şübhəsiz, bizi gərgin bir qarşılaşma gözləyir. “Bavariya” mövsümə inamlı başlayıb – komanda 7 rəsmi oyunda qalib gəlib, o cümlədən, “Leypziq” (6:2) və “Verder”i (4:0) darmadağın edib. Doğma meydanda “Bavariya” daha təhlükəlidir, üstəlik, inamlı oyun sərgiləyir. Xatırlatmaq yerinə düşər ki, “Bavariya” ÇL çərçivəsində son 17 ev oyunundan cəmi 1-ni uduzub.
Digər tərəfdən, “Arsenal” mövsümə inamsız başlayıb: Avropada hələlik yeganə qələbə, 2 heç-heçə və 1 məğlubiyyət. Səfər oyunlarında “topçular” o qədər də inamlı təsir bağışlamır. “Bavariya”nın inamlı müdafiəsinə və məhsuldar hücum xəttinə qarşı “Arsenal”a çətin olacaq.
“Bavariya”, nominal da olsa, oyununun favoritidir və indiki durumda bu, təbiidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, evində oynayan “Bavariya”dan qələbə gözləyirəm. Stina Blekstenius “Arsenal” üçün dəridən-qabıqdan çıxsa da, Lea Şüller – Klara Bül cütlüyünün ideal formada olması oyunun taleyinə birbaşa təsir edən amil olacaq.
Hesab proqnozu: 2:1