Copyright © 2025 Powered by [Anytech]
bologna

Bolonya

Çempionlar Liqası

Renato Dall`Ara

Qalan vaxt
bitdi
22-01-2025 00:00
borussia-d_128

Dortmund

Ilkin1

İlkin Əhməd

Müəllif

Proqnoz

1X

1.615

Oyun analizi

Bolonya

Çempionlar Liqası

Renato Dall`Ara

22-01-2025 00:00

Dortmund

Qalan vaxt
Müəllif
İlkin Əhməd

Proqnoz

1X

1.615

“Bolonya” yeni ilə ideala yaxın başlayıb: “Roma” və “Inter” ilə 2:2 hesablı heç-heçəyə razılaşdıqdan sonra “Monza”nı şirnikləndirib, ardınca yerini göstərdi – 3:1

Lakin ÇL-də Vinçenzo İtalianonun yetirmələri o qədər də yaxşı çıxış etmir. “Rossoblu” liqanın qrup mərhələsinin “zirzəmi”sində qərarlaşıb. Düzdür, pley-offa çıxmaq şansları riyazi olaraq qalsa da, o qədər də inandırıcı deyil. Çünki rəqiblər və rəqabətin özü çox güclüdür.

Yanvarın ortasından etibarən komandanın lideri Rikardo Orsolini zədəsini sağaldaraq heyətdə yer almağa başladı. “Inter” ilə məşhur trillerin əsas qəhrəmanlarından biri də məhz kapitan idi – onun ötürməsindən sonra Holm hesabı bərabərləşdirdi. “Monza” ilə oyunda isə 27 yaşlı vinger özü də fərqləndi + 1 məhsuldar ötürmə ilə yadda qaldı.

A Seriyasında “Bolonya” qollar baxımından publikanı sevindirsə də, ÇL-də tam əksi baş verir – 6 tur sonrasında onlar cəmi 1 dəfə fərqlənib. Düzdür, onların rəqibləri də kifayət qədər çətin idi – məsələn, “Liverpul” və “Aston Villa”. Digər oyunlarda isə ÇL təcrübəsinin olmaması və özünə inamsızlıq hiss olunurdu. Lakin Renato Dall`Ara bu gedişatın dəyişdirilməsi üçün ideal məkandır. Rəqib də “Bolonya” üçün nisbətən uyğundur…

Kim bilir, bəlkə də bugünkü görüş Nuri Şahinin “Dortmund”da qalıb-qalmamasını həll edəcək. 2025-ci il Nuri Şahin və onun yetirmələri üçün fəlakət kimi başladı: ardıcıl 3 məğlubiyyət… “Ayntraxt” və “Bayer Leverkuzen”dən alınan məğlubiyyət anlayışla qarşılana bilsə də, “Holşteyn Kil”dən 4 top buraxmaq heç bir çərçivəyə sığmır. Bu gün “Dortmund” Bolonyadan əliboş dönsə, böyük ehtimal Nuri Şahin istefa verəcək.

Nuri Şahin üçün sevindirici xəbər odur ki, komandanın bəzi müdafiəçiləri heyətə qayıdıb. Lakin Niklas Züle hələ də zədəsini sağaldır, Remi Bensebaini isə diskvalifikasiya səbəbindən oynamayacaq.

“Dortmund”un oyunlarında kreativlik çatışmır və bu açıq-aşkar hər ötən oyunda görünür. Ötən mövsüm bu rolu Sanço və Maatsen üstlənmişdi, indi isə alınmır ki, alınmır… Komandaya hücumda sürətli və texnikalı cinah oyunçusu lazımdır… Buna görə, klub rəhbərliyi Renatu Veiqanın kirayəsi üzərində işləyir. Mövcud oyunçularda bunlardan biri var, digər isə yoxdur… Məsələn, Bayno-Gittens…

25 il sonrakı Avropa səhnəsinə qayıdış “Bolonya” üçün ağrılı bir proses olsa da, italyanlar əla formadadı. Tam əksini isə “Dortmund”da müşahidə etmək olar. “Dortmund”da baş verən böhran sanki belə tez başa çatmayacaq… Düşünürəm ki, “Bolonya” uduzmayacaq, hətta hazırda qələbəyə daha yaxın tərəfdir.

Scroll to Top