İngiltərə Premyer Liqasında tura “Bornmut” və “Fulhem” komandaları arasında keçiriləcək qarşılaşma ilə yekun vurulur. Bu gün Bakı vaxtı ilə 23:00-da “Vitality Stadium”da son dönəmlər qeyri-stabil çıxış edən iki kollektiv üz-üzə gələcək.
“Bornmut” son səkkiz oyunda qələbə qazana bilməyib və bunun nəticəsində Andoni Iraolanın kollektivi turnir cədvəlində beşinci yerdən onuncu yerə düşüb. Maraqlıdır ki, son üç məğlubiyyətləri 2:1 hesabı ilə başa çatıb.
“Fulhem” isə son səkkiz oyunun dördündə məğlub olub və son üç səfər oyununda qələbə qazana bilməyib. Bununla belə, ötən həftə “Liverpul” üzərində qazandıqları qələbə onların potensialını göstərir.
Xatıarlatmaq yerinə düşər ki, komandalar arasında keçirilən son qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
İşləri yaxşı getməyən “Bornmut”un evdə oynayacağı və hər iki komandanın arsenalında qol silahlarının olmasını nəzərə alaraq, qollu bir qarşılaşma gözləyirəm. Üstünlüyü “pis gedişata son” beyini ilə meydana çıxacaq “Bornmota”a verəcəm.
Hesab təxmini: 2:1
Qeyd edək ki, oyunun baş hakimi Maykl Oliverdir.