Copyright © 2025 Powered by [Anytech]
bournemouth_128

Bornmut

Premyer Liqa

Vitality Stadium

Qalan vaxt
bitdi
03-10-2025 23:00
fulham_128

Fulhem

Ilkin1

İlkin Əhməd

Müəllif

Proqnoz

1 + 1.5 ÜST

2.35

Oyun analizi

Bornmut

Premyer Liqa

Vitality Stadium

03-10-2025 23:00

Fulhem

Qalan vaxt
Müəllif
İlkin Əhməd

Proqnoz

1 + 1.5 ÜST

2.35

Milli aradan öncə İngiltərə Premyer Liqasının son turunun açılış oyununda Bornmut – Fulhem üz-üzə gələcək. “Bornmut” bugünkü rəqibindən cəmi 3 xal öndədir.

Sezonun startında səfərdə “Liverpul”a 4:2 hesabı ilə məğlub olan “Bornmut” ardınca əla bir qrafik cızdı və Andoni İraola hamıya bir daha mesaj verdi ki, bu il də hər kəsə başağrısı olmağa hazırıq. Düzdü, son turda “Lids” İraolanın başını çox ağrıtdı – 1 xalı xilas edən qol 93-cü dəqiqədə gəldi (2:2).

Şəxsi düşüncəmdir, “Lids” ilə oyunda formalarını yığmaqla məşğul olan dayaq yarımmüdafiəçi Rayan Kristi və vinger Castin Klüyvertin startda çıxması “Lids” üçün yaxşı fürsət idi. Bu iki futbolçu optimal formadan hələ ki uzaqdır. Yeri gəlmişkən, kapitan və sağ cinah müdafiəçisi Adam Smit artıq 3 oyundur buraxır.

Bu klubların “Çempionşip” dönəmindən mütəmadi oynadığı 8 şəxsi görüş olub. Maraqlıdır ki, bu görüşlərdən cəmi 1-də “Fulhem” qalib gəlib. “Bornmut” 2019-cu ildən evində keçirdiyi son 3 şəxsi görüşü qazanıb.

“Aston Villa”nın pis startına baxmayaraq, “Villa Park”a səfər “Fulhem” üçün çətin sınaq kimi görünürdü və elə də oldu. Beləliklə, “Fulhem”in ardıcıl 3 oyunluq qələbə seriyası qırıldı.

Bugünkü görüşdə əsas heyətin 3 oyunçusunun iştirakı sual altındadır: Kenni Tete, Rodriqo Muniz və Raul Ximenez. Meksikalı forvard “Aston Villa” ilə görüşdə məcburən əvəzləndi. Yaxşı xəbərlərə keçək: “Şaxtyor”dan transfer olunan Kevinin zədəsi sağalıb və oynamağa hazırdır.

“Fulhem” bu il 2 dəfə məğlub olub və hər ikisi səfərdəki oyunlara təsadüf edib – “Çelsi” və “Aston Villa”. Ötən mövsüm də “Fulhem”in eyni problemi var idi. Həmin dövrdə liqadan düşmüş “Sauthempton” və “Brentford” məğlub edilmişdi.

Yeri gəlmişkən, bu mövsüm Marko Silvanın yetirmələri səfərdə “Brayton”la 1:1 oynayıb.

Statistik yanaşsaq, “Fulhem”in şansları azdır. “Bağbanlar” “Vitality Stadium”a son 3 səfərində məğlub olub və cəmi 1 dəfə fərqlənib.

Statistikanı bir kənara qoysaq, daha optimal formada olan Andoni İraolanın kollektivi üstün görünür. Ev amilini də unutmaq olmaz. Üstəlik, komandanın motivasiyası güclücür. London derbisindən sonra İraolanın da, bizim də üzümüzün gülməsini arzu edirəm.

Scroll to Top