brugge_128

Brügge

Çempionlar Liqası

Jan Breydelstadion

Qalan vaxt
bitdi
06-11-2024 21:45
aston-villa_128

Aston Villa

Ilkin1

İlkin Əhməd

Müəllif

Proqnoz

QK hissə qazanar

1.52

Oyun analizi

Brügge

Çempionlar Liqası

Jan Breydelstadion

06-11-2024 21:45

Aston Villa

Qalan vaxt
Müəllif
İlkin Əhməd

Proqnoz

QK hissə qazanar

1.52

Belçikanın ən güclü klubunun təqvimi ÇL-də bəzi çətinlikərdən xəbər verirdi – “Milan” və “Dortmund”dan alınan məğlubiyyətlər gözlənilən idi, necə ki, “göy-qaralar”ın “Şturm” ilə oyunda Avstriyadan 3 xalla dönəcəyini də təxmin etmək çətin deyildi. Paralel olaraq, Belçika çempionatında “Brügge” 2-ci dəfədir ardıcıl 3 qələbə qazana bildi. Lakin ilk sıradakı “Genk”dən 7 xal geri qalır…

“Milan” ilə görüşdə qırmızı kart alan Rafael Onyedika bugünkü qarşılaşmanı buraxmalı olacaq. Nigeriyalı yarımmüdafiəçidən savayı, sağ cinah müdafiəçisi Xoakin Seys, mərkəz yarımmüdafiəçi Uqo Vetlesen və mərkəz hücumçusu Qustav Nilsson bu gün meydanda olmayacaq. Nilssonun oynamaması daha ciddi itki sayılır, çünki isveçli forvard komandanın ən məhsuldar oyunçusudur (12 oyunda 4 qol +4 pas).

Oktyabrın 22-də “Aston Villa” “Bolonya” üzərində qələbə çaldı – 2:0. Bununla Birmengem təmsilçisi ÇL-də turnir cədvəlinin yuxarısında möhkəmləndi. Çünki Unai Emerinin komandası hələ qol buraxmayıb – ardıcıl 3 “quru” qələbə. Lakin ardınca nə baş verdi? “Aston Villa” İngiltərə Premyer Liqası çərçivəsində “Bornmut” ilə 1:1 oynadı, “Kristal Pelas”a uduzaraq (1:2) kubokla vidalaşdı, bu azmış kimi, “Tottenhem” qarşısında aciz qaldı – 4:1.

“Tottenhem” ilə son oyunu Metti Keş və Morqan Rocers yarımçıq dayandırdılar. Metti Keşi bu gün Ezri Konsa əvəzləyə bilər, lakin sezona 3 qol + 3 pas ilə giriş edən Rocersin itkisi ciddi hesab oluna bilər. Ross Barklinin oynamayacağını da unutmamaq lazımdır.

“Aston Villa”nın heyətində rəsmi olaraq dünyanın ən yaxşı qapıçısı oynayır. Söhbət Emiliano Martinezdən gedir. “Aston Villa”nın hələ də qol buraxmaması maraqlı məqamlardandır. İlk 3 turda “Yanq Boyz”, “Bavariya” və “Bolonya” toplamda “Aston Villa”nın qapısına 16 zərbə endirib, lakin Martinez keçilməzdir. Nəzərə almaq lazımdır ki, “Adton Villa”nın rəqiblərinin oyun ərzində ortalama xG gözləntisi 1.51 olub. Əla nəticədir, razılaşın…

“Brügge” ölkə çempionatında stabilləşsə də, ÇL-də ciddi rəqiblərlə baş edə bilmir. Komandanın gücü yalnız “Şturm”a çatıb. Üstəlik, itkilər də göz önündədir. Onyedika və Nilsson sistem əhəmiyyətli oyunçulardır.

ÇL-dəki tarixi startdan sonra “Aston Villa”nı son oyunlarda tanımaq olmur. Düzdür, söhbəti İngiltərə Premyer Liqasının keyfiyyətinə yönəldə bilərik… Bu, Unai Emerinin dirçəliş oyunu ola bilər. Çünki “Brügge” tarixən ingilis klubları ilə həm səfərdə, həm də evdə pis oynayıb. Üstəlik, Unai Emerinin başçılıq etdiyi klublar indiyədək 4 dəfə Belçika klubları ilə üz-üzə gəlib, lakin ispan mütəxəssis nə qol buraxıb, nə də məğlub olub (3 qələbə, 1 heç-heçə – qolların marjası – 16:0)…

Hesab proqnozu: 1:2

Scroll to Top