Copyright © 2025 Powered by [Anytech]
genoa_128

Cenoa

A Seriyası

Luigi Ferraris

Qalan vaxt
bitdi
05-05-2025 22:45
milan_128

Milan

Ilkin1

Ilkin Əhməd

Müəllif

Proqnoz

Q/Q + 2.5 ÜST

1.98

Oyun analizi

Cenoa

A Seriyası

Luigi Ferraris

05-05-2025 22:45

Milan

Qalan vaxt
Müəllif
Ilkin Əhməd

Proqnoz

Q/Q + 2.5 ÜST

1.98

Mayın 5-də Bakı vaxtı 22:45-də “Cenoa” doğma meydanda “Milan” ilə qarşılaşacaq. Oyunla bağlı analizimi oxucularımızın diqqətinə çatdırıram.

“Cenoa” o qədər parlaq mövsüm keçirmir, lakin hər şey daha pis ola bilərdi. Əslində hər şey məhz çox pis idi, lakin əfsanəvi Patrik Vieyranın baş məşqçi təyin olunması vəziyyəti radikal dəyişdi. Fransız mütəxəssisin gəlişi ilə Genuya təmsilçisinin A Seriyasında qalmağı dəqiqləşdi – necə deyrlər, minimum proqram yerinə yetirildi. Bununla yanaşı, “Cenoa” əla bir seriyaya imza atdı və olduqca çətin rəqib kimi qiymətləndirilməyə başlandı. Xüsusilə, ev oyunlarında “Cenoa” yaxşı təsir bağışlayır.

Son iki oyunda isə “Cenoa”nın işləri yaxşı getmir. Ardıcıl “Komo” (0:1) və “Latsio”ya (0:2) uduzan klub 13-cü pilləyə endi. Sanki kimsə Vieyranın əlinin üstündə ağladı. Bugünkü qarşılaşmada Ruslan Malinovski oynamayacaq və bu ciddi itki sayıla bilər. Onunla yanaşı, Maksvell Kornet və Fabio Miretti bu gün komandasına kömək edə bilməyəcək. Ukraynalı xavbekin oynamaması sırf kreativlik baxımından komandaya mənfi təsir göstərə bilər. Lakin ehtimal olunan heyətə nəzər saldıqda biz döyüşkən komanda görə bilərik.

Serjiu Konseysaunun durumu isə qeyri-müəyyən olaraq qalır. “Rossoneri”nin baş məqşçisini tənqid atəşinə tutmayan yoxdur, məncə də haqlı iradlardır. Lakin son zamanlar portuqaliyalı mütəxəssis sanki komandaya uyğunlaşdı və heyətlə dil tapa bildi. Ən azından artıq stabilliyin müəyyən elementlərini görmək olar.

“Milan” A Seriyasındakı son yeddi görüşdən cəmi ikisini uduzub – biri lider “Napoli”yə, digəri “Atalanta”ya. Buna baxmyaraq, “rossoneri” əzəli rəqibi “Inter”i məğlub edərək ölkə kubokunun finalına yüksəldi. Hamı “Milan”dan boşalmasını gözləyərkən, onlar A Seriyasındakı növbəti oyununda “Venesiya”nı 2:0 hesabı ilə məğlub etdi.

Aydın məsələdir ki, “Milan” ölkə kubokunu başı üzərinə qaldıraraq, Avropa Liqasına birbaşa vəsiqə qazanmağı planlaşdırır. “Milan”ın düşdüyü durum elədir ki, bundan sonra maksimal nəticə göstərsə də, hətta Konfrans Liqasında iştirakı belə sual altında olacaq. “Cenoa” da doğma publika önündə hər zaman döyüşür. Üstəlik, “qrifonlar”ın da xala ehtiyacı yoxdur.

“Cenoa”nın heyəti təxminən bəlli olsa da, Konseysau rotasiyaya gedə bilər. Rahat, zaman-zaman tempin çox yüksələcəyi bir oyun gözləyirəm. Qısası, məncə biz əksəriyyətin az qollu gözlədiyi bir oyunda azı 3 qol, eyni zamanda qarşılıqlı qollar görəcəyik.




Scroll to Top