empoli_128

Empoli

İtaliya, Seriya A

Gross Arena

Qalan vaxt
bitdi
30-10-2024 21:30
inter_128

Inter

Ilkin1

İlkin Əhməd

Müəllif

Proqnoz

2 + 2.5 ÜST

2.05

Oyun analizi

Empoli

İtaliya, Seriya A

Gross Arena

30-10-2024 21:30

Inter

Qalan vaxt
Müəllif
İlkin Əhməd

Proqnoz

2 + 2.5 ÜST

2.05

“Empoli” ötən ilkindən çox fərqlənir… D`Aversanın kollektivi artıq qapanan “Empoli” deyil. Düzdür, bəzi oyunlarda aşırı açıq və hücum futbolu oynadığından xallar itirib. Amma fanatlar oyunu çox bəyənir. Bugünkü oyuna “Adzurri” ardıcıl 4 qələbəsiz seriya ilə hazırlaşır. Lakin həmin 4 oyunda rəqiblər “Fiorentina”, “Napoli”, “Latsio” idi. Mraraqlıdır ki, TOP rəqiblərlə başa-baş oynayan toskaniyalılar, “Parma” ilə əksinə zəif təsir bağışladı.

“İnter” yetirməsi olan Sebastyan Espozito bu oyunu buraxmalı olacaq. Deməli, Lorenzo Kolombo hücumda əsas qol ümidi olaraq qalacaq. Ona Ola Solbakken və Pietro Pelleqri kömək edəcək.

Maraqlı nüans – “Empoli” adlı-sanlı rəqiblərinə böyük hesabla uduzmur! Düzdür, “Latsio” və “Napoli” ilə oyunda onların bəxti də gətirdi, lakin bəxt futbolun əsas elementlərindən biridir.

“İnter” ilə “Yuventus”dan heç kim 4:4-lük oyun gözləmirdi, razılaşın. Hər iki komandanın müdafiəsi rəzil səhvlər buraxdı. Bugünkü oyunu Açerbi, Karlos Auqusto və hakan Çalhanoğlu buraxacaq. “Empoli” ilə oyunu Pavar və Dümfris də buraxacaq – onları Bissek və Darmian əvəzləyəcək. İkili hücumda isə Martinez-Türam cütlüyünün çıxması gözlənilir.

“İnter”in şanlı müdafiəsindən əsər-əlamət qalmayıb – Açerbinin yoxluğu sistemi pozub. İnanılmazdır, amma faktdır – hazırkı çempion 9 tura 13 qol buraxıb. Maraqlıdır ki, “Inter” 80-ci dəqiqədən sonra 6 top buraxıb. Bu ya “boşalma”dan xəbər verir, ya da fiziki kondisiyaların azalmasından.

“Napoli”nin dünənki qələbəsindən sonra “Inter” mütləq qələbə üçün çıxır. Ehtimal edək ki, qələbə üzünə həsrət “Empoli” də oyunu asan-asan verməz… Üstəlik, “Inter”in müdafiəsindəki boşluqlar gözlə görünür…

“Inter”in 2 qollu qələbəsi – hər kəsin ehtimal edəcəyi bir məqamdır. “Inter”in qol buraxaraq qələbə qazanmasını ehtimal edək… Nəzərə alaq ki, “Empoli” 2006-cı ildən evdə “İnter”ə qol vurmur. D`Aversanın yetirmələri üçün əlavə motivasiya var…

Hesab proqnozu: 1:2

Scroll to Top