Copyright © 2026 Powered by [Anytech]
everton

Everton

Premyer Liqa

Hill Dickinson Stadium

Qalan vaxt
bitdi
24-02-2026 00:00
man-united_128

Mançester Yunayted

Ilkin1

Ilkin Əhməd

Müəllif

Proqnoz

1 + Q/Q

6.00

Oyun analizi

Everton

Premyer Liqa

Hill Dickinson Stadium

24-02-2026 00:00

Mançester Yunayted

Qalan vaxt
Müəllif
Ilkin Əhməd

Proqnoz

1 + Q/Q

6.00

Doğma meydanda oynadığı son 5 liqa oyununda yerli publikanın üzünü güldürə bilməyən “Everton” eyni mövsümdə bugünkü rəqibini ardıcıl iki dəfə məğlub edə biləcəkmi?

Düzdür, “Old Trafford”dakı oyunda “Mançester Yunayted”in sükanı arxasında Ruben Amorim idi. Onu əvəzləyən Maykl Karrik isə bambaşqa futbol oynadır, fərqli bir kollektiv formaşdırıb. Yeri gəlmişkən, Karrikin gəlişi ilə “qırmız şeytanlar” hələ uduzmayıb.

Son zamanlar Devid Moyesin “Everton”u böhran içindədir. Nəticələrlə yanaşı, bunu klubun statistikası da göstərir. Təsəvvür edin, Mersisayd təmsilçisinin çərçivəyə ünvanladığı zərbələrin ortalama sayı 3.3 səviyyəsinə enib. Bu isə klub tarixində 2-ci belə haldır.

Yeri gəlmişkən, bugünkü rəqibi liqanın ən çox çərçivəyə zərbə endirən klubudur – 417.

Futbol statistikadan ibarət deyil! Söz yerinə çəkər, MY əfsanəsi Ser Aleks statistikanı heç sevməzdi. Buna baxmayaraq, bəzi rəqəmlər müəyyən tablonu göz önündə canlandıra bilər.

“Everton” ev oyunlarında ilk hissədə ən çox qol buraxan üç klubdan biridir. Bu statistika bizim işimizə yaraya bilər. Çünki oyun öncəsi yaranmış durum (evdə qələbəsizlik seriyası) və rəqibin kimliyi “Everton”u ilk dəqiqələrdən risk almağa vadar edə bilər. “Carrick ball” anlayışı burada işə yaraya bilər. Keçid oyununu sevən və əla icra edən “qırmızı şeytanlar” ilk hissədə fərqlənə bilər.

Bilmirəm, siz karmaya inanırsız, ya yox, amma bu barədə danışmalıyıq. Devid Moyesin rəhbərlik etdiyi klublar son beş oyunda MY-in bəlasına çevrilib: 3 qələbə, 1 bərabərlik, 1 məğlubiyyət.

Düşünürəm ki, ekstra motivasiya ilə oynayan “Everton” və “Carrick ball”un icraçıları bizə qarşılıqlı qollar nümayiş etdirər.

Ekstra şərh: Karrikin məğlubiyyətsizlik, Moyesin isə qələbəsizlik seriyası qırıla bilər.  



Scroll to Top