Çempionlar Liqasında uzun müddətdir ciddi nailiyyət əldə etməyən iki komandanın qarşılaşması maraqlı alınmalıdır. Çünki hər iki komanda Pley-offa çıxmağı hədəfləyir.
“Feyenoord” üçün Pley-offdan çıxmaq bir qədər çətin görünür. Arne Slotun “Liverpul”a gedişi Rotterdam təmsilçisində problemlərə səbəb oldu. “Feyenoord”un heyətində problemlər açıq – aşkar görünür, lakin yeni məşqçi Brian Priske tez-tez heyətdə rotasiyalara getməyi sevir. Üstəlik, ev sahibləri güclü hücum xəttinə və fanatların dəstəyinə arxayın ola bilər.
“Bayer” isə öz növbəsində ötən ilki uğurlarını yeniləmək fikrindədir – Çabi Alonsodan və onun yetirmələrindən gözələnti böyükdür. “Əczaçılar”ın kadr itkiləri də, demək olar ki, yoxdur. İndiki “Feyenoord” ilə müqayisıdə “Bayer” haqlı olaraq favorit görünür.
Hesab proqnozu: 1:3