Dünya Çempionatında yalnız iki milli Hollandiyadan daha çox qələbə qazanıb. Buna baxmayaraq, “Oranje” hələ də dünya çempionu statusunu qazana bilməyib. Zarafatyana hətta onlara DÇ-nin “əbədi ikinciləri” adını da qoyublar. Zarafat deyil, 3 final uduzublar.
Millinin əfsanəsi olan Ronald Kumanın kollektivi DÇ-yə gələn yolda 27 qol vurub, qapılarında 4 top gördülər və qrupun lideri kimi birbaşa vəsiqə qazandılar. Yeri gəlmişkən, onlar sonuncu dəfə 1938-ci ildə açılış oyununda uduzublar. 1994-cü ildən isə qrup mərhələsində uduzmurlar – 12 qələbə, 4 bərabərlik.
Yaponiya millisi DÇ-yə ilk vəsiqə qazanan komanda olub. Ardınca 6 yoldaşlıq oyununda da qələbə qazanıb. Bunların arasında İngiltərə (1:0), Braziliya (3:2) milliləri ilə keçirilən oyunlar da var.
“Samurai Blue” ardıcıl 8-ci dəfə DÇ-yə qatılır və bir çox ekspertlər tərəfindən potensial sürpriz komanda kimi görülür. Yaponlar son iki DÇ açılış oyununda qələbə qazanıb. Qrup mərhələsində isə Asiya təmsilçisi Avropa komandalarına qarşı çox amansızdır – Almaniya və İspaniya milliləri ilə oyunları yadınıza salın.
STATİSTİKA
– Hollandiya millisi son dörd oyununda qapısında düz 1 qol görüb
– Ayase Ueda təsnifat mərhələsində 8 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb
ƏKSİKLƏR
– Yurrien Timber ötən həftə sifariş ərinzdən çıxarıldı, Bart Verbrüggen isə son yoldşalıq oyununda zədələndi
– Vataru Endo Yaponiya millisinin sifariş ərizəsindən çıxarıldı
Hər iki komandanın hücum gücünü nəzərə alaraq, tərəflərdən qol gözləmək məntiqli olar. Lakin hollandların bərabərliyə razılaşmayacağı aydındır. Bu isə bizə 3-cü qolun da vurulacağını gözləməyə vadar edir.







