Kayserispor_logo

Kayserispor

Türkiyə, Super Liqa

RHG Stadyumu

Qalan vaxt
bitdi
30-09-2024 21:00
besiktas_128

Beşiktaş

Ilkin1

İlkin Əhmədov

Müəllif

Proqnoz

Q/Q + 2.5 ÜST

1.73

Oyun analizi

Kayserispor

Türkiyə, Super Liqa

RHG Stadyumu

30-09-2024 21:00

Beşiktaş

Qalan vaxt
Müəllif
İlkin Əhmədov

Proqnoz

Q/Q + 2.5 ÜST

1.73

Hələ də qələbə üzünə həsrət “Kayserispor” Ciovanni van Bronkhorst və yeni rəhbərliklə çempionluğu hədəfləyən “Beşiktaş”ı qonaq edəcək.

Türk hakimləri bizə sürpriz yaşatmasa, məncə olduqca maraqlı bir oyun izləyəcəyik. Çünki komandaların müdafiəsində boşluqlar gözə girir, hücum xətti isə göz qamaşdırır.

Burak Yılmaz döyüşkən kollektiv yığa bilib… Lakin komanda önə çıxdığı oyunlarda belə, üstünlüyünü qoruya bilmir. Heyətə gəlincə, əsas qapıçı Bilal Beyazıt bu gün oynamayacaq – onu Onurcan Piri əvəzləyəcək. Bununla yanaşı, komandanın simvollarından olan Gökhan Sazdağı heyətə qayıdır. Bu isə Burak Yılmazı sevindirməyə bilməz.

Burak Yılmazdan fərqli olaraq, Ciovanni v. Bronkhorst qayğılıdır və heyət üzərində baş sındırır – Artur Masuaku sarı kart cəzalısıdır, Svenssonun və Al-Musratinin oynayacağı dəqiq deyil. “Beşiktaş” fanatlarını ən çox düşündürən isə başqa məsələdir – mərkəzdə yenə Onana oynayacaqmı? Razılaşın, “Ayaks” ilə oyunda Onana “qara qartal”ın oyununu məhv etdi… Bir sıra ekspertləri düşündürən sual budur: Cio həmin gün oyunu ilk gündən bəyənilməyən Onanaya niyə güvənmişdi?

Bundan başqa, şəxsi düşüncəm budur ki, Cionun planı artıq çözüldü… Bunun üçün qarşında Pep Qvardiolanın olması gərəkmir.

İstənilən halda, fikrimcə, çempionluğu qovan və heyətində problemlər olan “Beşiktaş” ilə “siftə etmək” arzusunda olan “Kayserispor”un oyunu qarşılıqlı və bol qollu olacaq…

Hesab təxmini: 1:2

Scroll to Top