Copyright © 2025 Powered by [Anytech]
leiceste

Lester

Premyer Liqa

King Power Stadium

Qalan vaxt
bitdi
07-04-2025 23:00
newcastle_128

Nyukasl

Ilkin1

İlkin Əhməd

Müəllif

Proqnoz

Q/Q + 2.5 ÜST

2.17

Oyun analizi

Lester

Premyer Liqa

King Power Stadium

07-04-2025 23:00

Nyukasl

Qalan vaxt
Müəllif
İlkin Əhməd

Proqnoz

Q/Q + 2.5 ÜST

2.17

“Lester” yeni mövsümü Çempionşipdə keçirməyə hazırlaşır. Riyazi olaraq yüksək liqada qalmaq şansı olsa da, bu, möcüzə sayəsində baş verə bilər. Ruud van Nistelrooyun əlindəki kadr potensialı və oynatdığı futbolla bu daha çətin olacaq. Statistika həvəskarları yəqin ona da fikir verib ki, Premyer Liqa çərçivəsində “Lester” ardıcıl 7 oyundur bugünkü rəqibinə məğlub olur.

“Lester”in əsas heyət oyunçularından yalnız Abdul Fatavu bugünkü oyunu buraxır. Fatavu ümumiyyətlə mövsümü qapadıb. Bununla yanaşı, Harri Uinks də zədələnib. Düzdür, mətbuat yazır ki, “Tottenhem”in sabiq oyunçusu van Nistelrooy ilə mübahisə edib.

“Tülkülər” o qədər rəzil durumdadır ki, hətta doöma publikanın dəstəyi də onlara motivasiya vermir. Son dönəmdə “Lester” yalnız QPR üzərində qələbə qazana bilib, o da kubok oyununda. “Tülkülər” Premyer Liqa çərçivəsində artıq 7 oyundur qol vurmur.

Öz çapında tarixi bir mövsüm yaşayan “Nyukasl” isə liqadakı son oyunlarda Çempionlar Liqasına vəsiqəni qazanmağı planlaşdırır. Bugünkü oyun ərəfəsində “sağsağanlar”ın fanatlarını bir sual maraqlandırır: Aleksandr Isak oynayacaqmı? İsveçli forvardın durumu sual altındadır. Diskvalifikasiyası bitən Antoni Qordonun oynayacağı da bəlli deyil. Onun yoxluğunda Harvi Barnz özünü ən yaxşı tərəfdən göstərə bildi. Ciddi itkilərdən yalnız Sven Botmanı qeyd edə bilərik…

“Nyukasl” son 8 səfər oyunundan (bütün turnirlərdə) 6-da qələbə qazanıb və cəmi 2 dəfə üzülüb – “Liverpul” və “Mançester Siti” onların kefinə soğan doğrayıb. Maraqlıdır ki, bu oyunlardan 7-də “sağsağanlar” azı 2 dəfə fərqlənib.

Xülasə, liqadan düşməsi az qala dəqiqləşən “Lester”in bəzi oyunçuları üçün bu tip oyunlar vitrin oyunu ola bilər. Üstəlik, yüksək liqa klubunun 7 oyundur qol vurmaması anormaldır. Fikrimcə, “Nyukasl” bugünkü rəqibini küçümsəyə bilər və bu “quru seriya” qırılacaq. “Nyukasl”ın “Lester”ə azı 2 qol vurmaq potensialı varmı? Sanki ekranın o tərəfindən cavabları eşidirəm…

Qarşılıqlı qollarla oyunda azı 3 topun vurulmasını görmək arzusu ilə… Hər kəsə bol şans!

Scroll to Top