liverpool_128

Liverpul

İngiltərə, Premyer Liqa

Anfield Road

Qalan vaxt
bitdi
10-11-2024 00:00
aston-villa_128

Aston Villa

Ilkin1

İlkin Əhməd

Müəllif

Proqnoz

1 + 2.5 ÜST

1.85

Oyun analizi

Liverpul

İngiltərə, Premyer Liqa

Anfield Road

10-11-2024 00:00

Aston Villa

Qalan vaxt
Müəllif
İlkin Əhməd

Proqnoz

1 + 2.5 ÜST

1.85

İngiltərə Premyer Liqasının ötən turunda “Mançester Siti” və “Arsenal”ın məğlub olması “Liverpul” üçün vahid liderliyin qapılarını taybatay açdı. Düzdür, “Brayton” Enfilddə mersisaydlıların kefinə soğan doğraya bilərdi, lakin Arne Slotun yetirmələrinin “come back” etməyə gücləri çatdı. Həftə içi isə “Slot və onun bandası” Çempionlar Liqasında Enfildi “Bayer Leverkuzen”ə dar etdi – 4:0. Beləliklə, “Liverpul” eyni zamanda 2 turnirdə liderliyə yüksəldi.

Federiko Kyeza və Dioqu Jotanın yoxluğunda Arne Slotun hücum manevrləri məhduddur. Oyunun gedişatında bunu hiss etmək olur. Buna baxmayaraq, Salahın fantastik forması göstərir ki, o, nə qədər qoca olsa da, 1000 cavana dəyər! Misirli superulduz komandasının Premyer Liqada vurduğu 12 qolda iştirak edib 7 qol + 5 assist – liqanın ən yaxşı göstəricisi. Salahın hücumdakı dəstəyi də əladır – Qakpo və Diaz son 4 rəsmi görüşdə adama 3 qol vurublar.

Alisson Bekerin zədəsi “Liveprul” fanatlarının ümidlərini də zədələmişdi. Onun əvəzləyicisi Kyuvin Kelleher son 3 turda cəmi 4 qol buraxıb, Beker isə 6 turda 2 qol buraxmışdı. Buna baxmayaraq, “Liverpul”un müdafiəsi liqanın ən yaxşısını ünvanını qoruyur. Öz qapısında qol görmək metrikası (xGA) üzrə gözlənti 8.1 olmasına baxmayaraq, “qırmızılar” qapısında 6 qol görüb.

“Aston Villa” ardıcıl 3 oyunda məğlub olur və söhbət müxtəlif turnirlərdəki oyunlardan gedir. Əvvəl “Kristal Pelas” birmingemlilərin kuboka gedən yoluna daş qoydu. Ardınca “Tottenhem” liqada Unai Emerinin kollektivini darmadağın etdi. Həftə içi isə ÇL çərçivəsində “Brügge” 1:0 hesabı ilə “Aston Villa”ya qalib gəldi. Birmingemlilərin oyununda ciddi eniş müşahidə olunur… Halbuki, onlar 11 oyundur məğlubiyyətin nə olduğunu bilmirdilər…

“Brügge” ilə oyunda Luka Din və Amadu Onana meydanda yox idi, Pau Torres və Ceykob Remzi isə sonradan meydana çıxdılar. Meti Keş və Ross Barklinin zədələnməsindən sonra Unai Emeri bəzi oyunlarda kadrlarını qorumağa çalışır. Xüsusilə, “Liverpul” ilə oyun öncəsi komandanın “onurğa sütunu”nu qorumaq önəmli idi. Barkli əsas heyətin oyunçusu deyil, lakin Keş önəmli fiqurdur və böyük ehtimal “Brügge” ilə oyunda olduğu kimi, bu gün də onun yerində Ezri Konsa oynayacaq.

Enfildə səfər bütün komandalar üçün çətindir və Emeri bunu gözəl bilir. “Aston Villa” son 6 səfər oyunundan 5-də məğlub olub.

“Liverpul” bütün turnirlərdə möhtəşəm təsir bağışlayır. Bu “Liverpul”, necə deyərlər, dayanana oxşamır. “Milli ara” öncəsi komanda aktivinə 3 xalı yazdırmaqda qərarlıdır…

Scroll to Top