Copyright © 2025 Powered by [Anytech]
man-united_128

Mançester Yunayted

Premyer Liqa

Old Trafford

Qalan vaxt
bitdi
16-12-2025 00:00
bournemouth_128

Bornmut

Ilkin1

Ilkin Əhməd

Müəllif

Proqnoz

Q/Q + 2.5 ÜST

1.79

Oyun analizi

Mançester Yunayted

Premyer Liqa

Old Trafford

16-12-2025 00:00

Bornmut

Qalan vaxt
Müəllif
Ilkin Əhməd

Proqnoz

Q/Q + 2.5 ÜST

1.79

“Qırmızı şeytanlar” son vaxtlar yaxşı gedişata nail olub. Hələlik, MY yalnız 7-ci yerlə kifatyətlənir. “Bornmut” üzərində qələbə “Çelsi” ilə xalları bərabərləşdirməyə imkan verəcək. Qalır sadəcə qazanmaq…

Ruben Amorimin bugünkü matçda müdafiəçilər Harri Maquayr və Matteys de Liqtsiz qalacaq, üstəlik, Benyamin Şeşkonun sıralara qayıtması şübhə altındadır. Lisandro Martinez zədəsini sağaldıb və tədricən əsas heyətə qayıdacaq. Leni Yoro, Eyden Hiven və Nussair Mazraui oyun praktikasından şikayət edə bilməz. Yalnız Patrik Dorqunun performansı beyinləri qarışdırır. Hücumda ev sahiblərində rəqəmlərə görə Amad Diallo və Brayan Mbemo önə çıxır. Hər iki şəxs Afrika Millətlər Kubokunda iştirak etməlidir, lakin bütün rəsmi mənbələr göstərir ki, onlar heyətdə olacaq.

“Qırmızı şeytanlar” sezonun əvvəlindən “Old Trafford”da Premyer Liqa çərçivəsində 7 rəsmi matç keçirib, onlardan dördünü qazanıb (2 heç-heçə, 1 məğlubiyyət). MY doğma publika önündə qeyri-stabildir. Hətta düşmə zonasında olan “Börnli” ilə matçda (3:2) da hər kəs dramanın şahidi oldu – son saniyələrdə penaltidən gələn qol 3 xalı gətirdi.

Mövsümə əla başlayan “Bornmut”un sonuncu qələbəsi oktyabr ayına təsadüf edir – Andoni İraolanın yetirmələri 6 oyundan cəmi 2 xal toplayıb. Üstəlik, yaxın təqvim sadəcə dəhşətlidir.

Qonaqların heyətində itkilər çoxdur, lakin kritik əhəmiyyət daşıyanı, bəlkə də, yalnız biridir – Markos Senesi. O, “Çelsi” ilə matçda əzələ spazmı səbəbindən əvəzlənib, lakin potensial olaraq bugünkü matçda oynamağa hazır ola bilər. Argentinalının oynamaması “Bornmut”un balansını poza bilər. Onu layiqincə əvəzləyəcək çox az adam var.

Maraqlıdır ki, son 5 şəxsi görüşdən 4-də “Bornmut” uduzmayıb.

“Qırmızı şeytanlar” avrokubok zonası ilə siçan-pişik oynamağa davam edir. De Liqtsiz ev sahiblərinin müdafiədə işi çətinləşəcək. Dorqu adlı “əl bombası”nın oynaması işi daha da qəlizləşdirə bilər.

Hər iki komandanın müdafiəsindəki problemlər gözə girir. Üstəlik, MY doğma meydanda sanki daha çox tələsir və bu tələskənlik ona hər dəfə baha başa gəlir. “Bornmut”un uzun müddətdir qələbə qazanmaması da onları daha istəkli edə bilər.

Bol qollu bir qarşılaşma izləmək ümidi ilə…

Scroll to Top