“Derbi de la Madonnina”dan sonra “Milan” oyunçuları və fanatları əla əhval-ruhiyyədədir… “Leççe”nin isə kefinə soğran doğrayıblar – əvvəlcə “Parma” ilə oyunda üstünlüyü qoruya bilmədilər (2:2), ardınca isə kubokda “Sassuolo”dan alınan məğlubiyyət (0:2)
“Milan” hansı vəziyyətdə olursa olsun, “San Siro” olduqca ağır səfərdir. Bu azmış kimi, “Leççe”nin “San Siro”dakı statistikası da bərbaddır. Yeri gəlmişkən, “Milan” doğma meydanında “Leççe”yə azı 2 qol vurmadan yola salmır. Onu da qeyd etmək yerinə düşər ki, “Milan” 5 tur ərzində 11 qol vurub… Qısası, hücum xəttinə ciddi sual yoxdur. Lakin müdafiəçilərə N qədər sual vermək olar…
Derbidə “Inter” üzərində əldə olunmuş qələbədən sonra “Milan” rəzil sezon startını unutdurmağa və qələbə seriyasını davam etdirməyə məcburdur. Düşünürəm ki, qaza gəlmiş “rossoneri” “Leççe”nin müdafiə xəttinin başını çox ağrıdacaq…
Hesab təxmini: 3:1