Bu gün əfranəvi Dieqo Armando Maradonanın adını daşıyan stadionda yerli “Napoli” son zamanlar gənc məşqçi Sesk Fabreqasın rəhbərliyi altında coşan “Komo” ilə qarşılaşacaq. Antonio Kontenin yetirmələri əla forma yığıb. Son oyunda onlar “Monza”nın qapısından 2 cavabsız top keçirdi. “Komo” isə əvvəlcə sürpriz şəkildə “Atalanta”nı səfərdə 2:3 uddu, ardınca isə evdəki “Verona” ilə oyunda fanatlarına dejavü yaşatdı – yenə 3:2 hesablı qələbə.
“Napoli” qol vurmaqda çətinlik çəkmir, üstəlik, Konte müdafiəyə də fikir verir – neapollular oyun başına ortalama 1.4 qol vurur, 0.9 qol buraxır.
Maraqlıdır ki, Sesk Fabreqasın “Komo”nun oyunlarında bu mövsüm hər matçda orta hesabla 3.3 qol vurulur.
Razılaşın ki, qollu bir qarşılaşma gözləmək haqqımızdır. “Komo” təhlükəlidir, lakin Konte çempionluq ambisiyalarını ortaya qoymalıdır. “Napoli”nin oyunçularının fərdi bacarıqları, üstəlik, heyət dərinliyi qələbə qazanmaq üçün yetərli kimi görünür.
Hesab proqnozu: 3:1