Paraqvay və Avstraliya D qrupunda ikincilik uğrunda mübarizə aparır. Qol fərqinə diqqət yetirərkən ilk ağıla gələn odur ki, Avstraliya heç-heçəyə ikiəlli razıdır. Belə olduğu halda, Paraqvay 1/32 final mərhələsinə çıxmaq üçün digər qruplardakı vəziyyəti gözləməli olacaq.
ABŞ millisindən aldığı irihesablı məğlubiyyətdən sonra Paraqvay millisi oyunun yarısını azlıqda oynamasına baxmayaraq Türkiyəni məğlub etdi. Həmin oyunda Türkiyə millisi rəqib qapısına 32 zərbə endirmişdi. Bu, tarixi rekordlardan biridir.
Yeri gəlmişkən, həmin oyunda qol ötürməsini edən Xulio Ensiso Avstraliya ilə oyunda da eyni addımı atsa, qrup mərhələsində 3 fərqli oyunda məhsuldar ötürmə edən iki oyunçudan biri olacaq (Mihael Ballak, 2002).
Niyə Ensiso haqda yazdım? Çünki ötən oyunda qırmızı kart alan Migel Almironun yoxluğunda hücumdakı kreativlik yükünü məhz “Strasburq”un oyunçusu daşıyacaq. Paraqvay DÇ qrup mərhələsində heç vaxt iki qələbə qazanmayıb.
Avstraliya isə ABŞ ilə oyunda yaxşı təsir bağışlasa da, məğlubiyyətdən qaça bilmədi. Bu gün isə Avstraliya öz tarixində ardıcıl ikinci dəfə DÇ pley-off mərhələsinə çıxmağa çalışacaq.
Nəzərə alınası bir statistika oxumuşdum: Avstraliya son iki DÇ-də rəqib qapısına 6.7 zərbə endirir. ABŞ ilə oyunda da bu trend davam etdi. Məncə diqqətə almaq lazımdır. Hərçənd, Paraqvay millisinin başında duran Qustavo Alfaro komandasını meydana qol buraxmamaq üçün çıxarır.
Yəqin, buna da fikir vermisiniz ki, Avstraliya indiyədək Paraqvaya məğlub olmayıb – 2 qələbə, 3 bərabərlik. Lakin unutmayaq ki, bunların hamısı yoldaşlıq oyunları olub və ev sahibi Avstraliya idi.
Başqa bir maraqlı məqam odur ki, Avstraliya DÇ çərçivəsində heç vaxt CONMEBOL komandalarını məğlub edə bilməyib – 1 bərabərlik, 4 məğlubiyyət.
OPTA superkompüteri 25 000 simulyasiya etdikdən sonra Суперкомпьютер Paraqvayın qələbəsinə cüzi (38%) üstünlük verir, Avstraliyanın qələbəsinə isə 23.4%-lik ehtimal verilib.
Avstraliya, böyük ehtimal, öz oyun planına sadiq qalacaq və fürsət düşdükcə, sürətli cinah əks-hücumlarını güdəcək. Əslində eyni oyunu Paraqvay da sərgiləyir. Lakin risk almalı olan tərəf Paraqvay millisidir. Paraqvay millisi Türkiyə ilə oyundakı kimi erkən qol axtaramağa çalışacaq. İzlədiyimiz Paraqvay bunu edə bilər. Baxmayaraq ki, Almiron cəzalıdır.
Lakin Paraqvayın basqısından dolayı yaranan boşluqlardan Avstraliya faydalanmağa çalışacaq.
Hesab təxmini: 1:1







