Mövsümə yeni baş məşqçi ilə başlayan “Parma”nın işləri yaxşı getmir. Karlos Kuestanın yetirmələri iki heç-heçə və iki məğlubiyyətlə start götürüb. Mövsümün yeganə qələbəsi kubok oyununda “Spesiya” üzərində qeydə alınıb, lakin həmin matçda cütlüyün taleyini penalti seriyası həll edib. “Yuventus”dan alınan məğlubiyyətə heç kəs təəccüblənmədi, “Atalanta” ilə heç-heçə uğur kimi göründü, lakin “Kalyari”dən alınan məğlubiyyət və “Kremoneze”dən qoparılan 1 xal artıq hər kəsi narahat edir.
Gözlənilir ki, “Parma” kubok oyunundan sonra optimal heyətlə oyuna başlasın. Adrian Bernabe və Alessandro Çirkatinin ilk dəqiqələrdən şans alacağı gözlənilir. Mart ayında “Torino”nun qapısına iki dəfə yol tapan Pelleqrino isə hücumda başlamalıdır. Yeri gəlmişkən, o, “Spesiya”nın qapısına da yol tapdı. Hernani və Valentinin durumu sual altındadır, lakin oynamaq ehtimalları var. Bununla yanaşı, Yakob Ondreyka və Matia Friqanın zədələri ciddidir.
Yayda komandanın sükanı arxasına keçən Karlos Kuestanın hücumla bağlı ciddi problemi var. İlk dörd turda klubun yeganə qolu “Atalanta” ilə oyuna təsadüf edib və təqdir edərsiniz ki, İvan Yuriç dönəmində “Atalanta” qeyri-stabildir və çox buraxır.
“Torino” da mövsümə rəzil start götürdü – ilk turda “Inter”dən buraxılan 5 cavabsız top bunu isbat edir. Lakin Marko Baroni papağını qoydu qabağına və komandasına izah etdi ki, “kişinin başına iş gələr”, önümüzə baxmalıyıq… Ardınca “Fiorentina” ilə heç-heçə və Qasperininin “Roma”sı ilə əldə olunan sensasiyalı qələbə göstərdi ki, uğursuzluq hər bir insanın həyatına xas olan şeydir. Maraqlıdır ki, ardınca “Torino” evində “Atalanta”ya 0:3 məğlub oldu… Başqa sözlə, “Torino”nun hər incə detalını bilən İvan Yuriçə uduzdular…
“Torino”nun heyətində gözə batan itkilərdən Peer Sxürs və Adam Mazinanı qeyd etmək olar. Marko Baroni isə yenə dilemma qarşısında olacaq: Çe Adams yoxsa Covanni Simeone? Çünki Duvan Zapata ideal formadan çox uzaqdır. Orta xəttdə səliqə-səhmana yəqin Kasadei və Asslani cavabdeh olacaq. Təbii ki, sinyor Baroninin başqa planı yoxdursa…
“Parma” kimi, turinlilər də məhsuldarlıqla loğvalana bilməzlər. Hər iki klub ilk dörd turda cəmi 1 dəfə fərqlənib. Düzdür, “Torino” ötən mövsüm də məhsuldar deyildi – 38 turda vurulan 39 qol buna sübutdur.
Maraqlı statistikalar
– “Parma” A Seriyasındakı son 8 oyunda ilk hissədə fərqlənə bilməyib
– “Parma” A Seriyası çərçivəsində keçirdiyi son dörd ev oyununda ilk hissədə qol buraxmayıb
İndi isə seçim etmək və onu izah etmək vaxtıdır. Əziz izləyicilər, Marko Baroni hücum futbolunu sevir və biz bunu onun “Latsio” dönəmində də gördük. Buna baxmayaraq, Baroninin fəlsəfəsi balanslı hücumdur – müdafiə xətti pozulmalı deyil. Üstəlik, hər iki klubun məhsuldarlıqla bağlı ciddi problemi var. Söhbət müdafiəyə ciddi fikir verən iki klubdan gedir. Bununla yanaşı, klubların düşdüyü durum elədir ki, onlar hesaba oynaya bilərlər. Təbii ki, itkiləri də nəzərə almalıyıq.
Düşünürəm ki, “Torino” fərqlənəcək… Lakin aşağı əmsallı seçim üçün bu boyda yazı yazmaq gülünc olar. Oyunun beynimdəki simalyasiyası onu deməyə əsas verir ki, biz qol və ya qolları 2-ci hissədə görəcəyik.
Razılaşın ki, olduqca qəliz oyundur… Hamıya bol şans!







