paris-saint-germain_logo

PSJ

Çempionlar Liqası

Parc des Princes

Qalan vaxt
bitdi
18-09-2024 23:00
girona_logo

Jirona

Ilkin1

İlkin Əhmədov

Müəllif

Proqnoz

1 + 2.5 ÜST

1.57

Oyun analizi

PSJ

Çempionlar Liqası

Parc des Princes

18-09-2024 23:00

Jirona

Qalan vaxt
Müəllif
İlkin Əhmədov

Proqnoz

1 + 2.5 ÜST

1.57


Bunu təkrarlamaqdan yorulmayacam: Kilian Mbappenin gedişindən sonra PSJ daha gözəl futbol sərgiləməyə başladı və əsas, hətta ehtiyyat heyətin oyunçuları özlərini daha yaxşı göstərməyə başladı. Rəqəmlər hər şeyi deyir: Fransa çempionatının ilk 4 turundan sonra parislilər 16 qol vurub və cəmi 3 qol buraxıb. Üstəlik, bütün oyunlarda PSJ azı 1 top fərqlə qələbəyə sevinib. Düzdür, hələlik PSJ ciddi rəqiblə qarşılaşmayıb…

Luis Enrike gözəl başa düşür ki, “Jirona” udulası rəqibdir və səhv etmək lüksu yoxdur. Çünki qarşıda “Arsenal”, “Atletiko Madrid” və “Bavariya” kimi rəqiblərlə görüş var.

Oyundan əvvəl belə bir məlumat yayıldı ki, Donnarumma zədələnib. Böyük ehtimal, qapını Matvey Safonov qoruyacaq. Bu isə rusiyalı qapıçı üçün debüt deməkdir. Digər itkilərə gəlincə, Lüka Ernandes, Presnel Kimpembe və Qonsalu Ramuş PSJ-yə bu gün kömək edə bilməyəcək. Lakin Luis Enrike bu itkilərə artıq bir müddətdir adaptasiya olunub.

Parislilərin hücumla bağlı problemi yoxdur – Barkola (4 qol), Dembele (3 qol) və Marko Asensio (1+2) ideal formadadır. Onlara Kolo Muani də hər an dəstək verməyə hazırdır.

“Mbappenin gedişi komandaya çox yaxşı təsir edib” tezisini əsaslandırım – PSJ-nin xG averajı +0.85-dən +2.21-dək yüksəlib. Rəqəmlər hər şeyi deyir…

Savio və Dovbıkın gedişindən sonra “Jirona” TOP səviyyyədə klublarla başa-baş mübarizə apara bilmir. Bunun bariz nümunəsi “Barselona”dan aldığı böyükhesablı məğlubiyyətdir.

“Jirona”nın liderlərindən olan Yanxel Herreranın oynamağı sual altında olsa da, Oriel Romero böyük ehtimal komandasına kömək edə biləcək.

“Barselona” ilə oyunu əbəs yerə misal göstərmədim. “Jirona”ya qarşı ən effektiv silah pressinqdir və “Barsa” bundan maksimum yararlandı. Çünki “Jirona”nın müdafiəsi yüksək təzyiqə tab gətirə bilmir. Bunu “Barsa”nın keçmiş məşqçisi olan Luis Enrike də başa düşür və bu gün böyük ehtimal ispaniyalıları meydanın onlara məxsus olan hissəsində “öldürməyə” çalışacaq.

Fikrimizcə, PSJ yalnız 3 xalı deyil, müsbət averajı da düşünəcək…

Hesab proqnozu: 3:1

Scroll to Top