Copyright © 2025 Powered by [Anytech]
real-madrid_128

Real Madrid

Çempionlar Liqası

Santiago Barnabeu

Qalan vaxt
bitdi
16-04-2025 23:00
arsenal_128

Arsenal

Ilkin1

Ilkin Əhməd

Müəllif

Proqnoz

Q/Q

1.55

Oyun analizi

Real Madrid

Çempionlar Liqası

Santiago Barnabeu

16-04-2025 23:00

Arsenal

Qalan vaxt
Müəllif
Ilkin Əhməd

Proqnoz

Q/Q

1.55

Bu gün Bakı vaxtı ilə 23:00-da Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Real Madrid” və “Arsenal” üz-üzə gəlir. İlk oyundan sonra bütün futbol ictimaiyyəti bir suala cavab axtarır: “Kral klub”u geridönüş edə biləcəkmi? Fikrimcə, sizi maraqlandıran əksər sualların cavabı detallı analizimdə var.

Analizə keçməmiş bir haşiyəyə çıxım: ilk dəfədir bu formada və bu qədər detallı analiz edirəm. Odur ki, yazını uzun zənn edib, keçməyin… Öncədən hər kəsə bol şans!

Oyunun konteksti: “Arsenal” oyuna ciddi üstünlüklə – 3 topun avantajı ilə gəlir. “Real Madrid” doğma meydanda və ÇL atmosferində bambaşqadır, lakin qarşısında olduqca çətin, hətta imkansız bir hədəf durur.

Komandaların formaları: Qabrielin yoxluğu “Arsenal” üçün problemlər yarada bilər. “Real Madrid”in itkiləri isə daha çox və daha ciddidir – Karvaxal, Militao, Seballyos, Mendi və ötən oyunda qırmızı kart alan Kamavinqa.

Maraqlı tarixçə: “Real” indiyədək ilk oyunda 3 top fərqlə uduzduqdan sonra mərhələ keçə bilməyib.

Analiz: Olduqca nizam-intizamlı “Arsenal” ilə oyunda bu dezavantajı avantaja çevirmık çox çətin olacaq. Bəli, “Real” məhsuldardır + doğma publika amili var, lakin müdafiədəki boşluqlar gözə girir. Bəlkə də çoxu razılaşmaz, lakin zənnimcə “Kral klubu”na açılan qələbə əmsalı bir qədər spekulyativ ola bilər. Böyük ehtimal, bukmekerlər söhbətin ÇL-dən getdiyini və “Barnabeu”nun sehrini nəzərə alıb. Lakin “Arsenal”ın intizamlı müdafiəsi və potensial əks-hücumları + hər an qolla nəticələnə bilən standartlar kənara atılmamalı amil olmalıdır.

Heç-heçə əmsalı da gözlədiyimdən bir qədər yüksəkdir. Halbuki, bu, “Arsenal”ın minimum hədəfi olacaq. “Topçular” “hesabına üstünə yata bilər”. Müdafiədə səhv etmədən qapanan “Arsenal”ın intizamlı müdafiəsini yarmaq və əks-hücumları neytrallaşdırmaq mümkün olacaqmı?

İlk oyundakı hesab “Real Madrid”i maksimum risk alaraq oynamağa vadar edəcək. Məncə “Real”ın əsas problemi tələskənliyi olacaq… “Arsenal”ın isə tələsən yeri yoxdur.

Sözsüz ki, “Arsenal” müdafiədən oynayacaq və hesabı “qurutmağa” çalışacaq.

Risklər: 1. Düşünürəm ki, ön plana “Real”ın zədəlilərini çıxarmaq olar; 2. “Arsenal”ın əks-hücumlarını da ön plana çıxarmamaq olmaz. Böyük qüvvə ilə hücuma atılan “Real” hər an qapısında qol görə bilər; 3. “Arsenal”ın standartları, xüsusilə kornerlər. Əminəm ki, Nikola Jover hazırda azı 3-4 ssenari cızır və “boss” kimi xitab etdiyi Artetaya təkliflərini verir; 4. “Arsenal”ın müdafiəyə oturması qsrşılaşmadan bol qol gözləyən insanları məyus edə bilər. Ehtimal azdır, lakin adı üstündədir – ehtimal… 5. Oyunun maksimum emosional olacağı heç kimdə şübhə doğurmur. Bu isə hər iki tərəfdən səhvlərin edilməsinə səbəb ola bilər; 6. “Barnabeu”da hakimlərin zaman-zaman ciddi səhv etdiyini hamımız görmüşük. Odur ki, hər an penalti təyin oluna bilər – belə bir risk var…

Bütün dediklərimi nəzərə alaraq, qollu heç-heçəyə ümid edəcəm…

Scroll to Top