sporting-l_128

Sportinq

Çempionlar Liqası

Estadio Jose Alvalade

Qalan vaxt
bitdi
06-11-2024 00:00
man-city_128

Mançester Siti

Ilkin1

İlkin Əhməd

Müəllif

Proqnoz

Hər iki komanda qol vurar

1.46

Oyun analizi

Sportinq

Çempionlar Liqası

Estadio Jose Alvalade

06-11-2024 00:00

Mançester Siti

Qalan vaxt
Müəllif
İlkin Əhməd

Proqnoz

Hər iki komanda qol vurar

1.46


“Mançester Yuneyted”in yeni məşqçisi Ruben Amorim “Sportinq”i əla formada təhvil verir. Portuqaliya liqasında 10 turun yekununa əsasən, Lissabon təmsilçisi itkisiz irəliləyir. Çempionlar Liqasında isə 3 turun nəticəsinə əsasən də “şirlər”in işləri yaxşı gedir: “Şturm” və “Lill” üzərində inamlı qələbə + PSV ilə səfərdə heç-heçə. Nəticədə 7 xal və +4 averaj əldə edən portuqallar ilk səkkizlikdə möhkəmlənib.

“Mançester Siti” oyunu ərəfəsində Amorimin heyətlə bağlı problemi yoxdur. “Eştrela” ilə son oyunda (5:1) mütəxəssis tam heyəti buraxmışdı, lakin oyunun gedişatında İnasiu, Debast, Hyulmann, Pedro Qonselveş və Trinkaunu erkən əvəzləmələrlə istirahət imkanı yaratdı.

Viktor Gyökereş bombardirlik keyfiyyətləri ilə futbol ictimaiyyətini təəccübləndirməyə davam edir – sezonun əvvəlindən bütün turnirlər daxil olmaqla isveçli forvard 16 oyuna 20 qol vurub. ÇL-də isə skandinav 3 tura 2 qol vurub. “Mançester Siti” əslində onun üçün yeni çağırışdır – Gyökereşlə Erlinq Haaland tez-tez müqayisə olunur. Bununla yanaşı, İngiltərə mətbuatına inansaq, Amorim Gyökereşi yeni iş yerinə özü ilə aparır.

Pep Qvardiolanın komandası əvvəlcə “Tottenhem”ə uduzaraq kubokla vidalaşdı, ardınca isə Premyer Liqa çərçivəsində səfərdə “Bornmut”a məğlub oldu. Əslində “Tottenhem”dən kubokda alınan məğlubiyyət pozitiv kimi qəbul edilə bilər – “şəhərlilər”in ciddi kadr problemləri + sıx qrafikləri var.

ÇL çərçivəsində “Inter” ilə öz meydanında 0:0 oynayan “Mançester Siti” ardınca “Slovan Bratislava”ya 4, “Sparta Praqa”ya isə 5 cavabsız qol vurdu. Nəzərə alsaq ki, ÇL-in pley-off mərhələsinə çıxmağı zəmanət altına almaq üçün 16-17 xal bəs edir, “Sportinq” və “Feyenoord” ilə oyunlar böyük əhəmiyyət kəsb edə bilər. Çünki onsuz da kadr çatışmazlığından əziyyət çəkən Pep Qvardiola rahat nəfəs alıb, Premyer Liqaya köklənə bilər.

Rodrisiz “Mançester Siti” az qala hər oyunda mərkəzi uduzur. Cek Qriliş ən yaxşı halda beynəlxalq fasilədən sonra komandaya qoşula biləcək. Oskar Bobb isə 2025-ci ilin əvvəlinədək bərpa olunmalıdır. Ən yaxşı xəbər odur ki, Kevin de Bröyne məşqlərə başlayıb, lakin Qvardiola onu çətin meydana ilk dəqiqələrdən buraxsın. Pepi ən çox narahat edən məsələ Con Stounz və Ruben Diaşın sıradan çıxmasıdır. Belə olduğu halda, əsas yük Yoşko Qvardiol, Natan Ake, Kayl Uolkerin çiyinlərinə düşür.

“Mançester Siti”nin ÇL-dəki durumu yaxşıdır. Lakin Premyer Liqada işlər yaxşı getmir. Qarşıda “şəhərlilər”in “Brayton” ilə səfər oyunu var. “Bornmut”dan alınan məğlubiyyətdən sonra Qvardiolanın fikri ora köklənə bilər. Məsələn, biz bunu “Arsenal” ilə oyun öncəsi “Inter” ilə matçda gördük.

Doğma publika önündə oynayan portuqalların hazırkı formasını və “Mançester Siti”nin itkilərini nəzərə alsaq, hər iki komandadan qol gözləmək haqqımızdır.

Scroll to Top