Copyright © 2026 Powered by [Anytech]
strasbourg_128

Strasburq

Liqa 1

Stade de la Meinau

Qalan vaxt
bitdi
27-02-2026 23:45
lens_128 (1)

Lans

Ilkin1

Ilkin Ahmad

Müəllif

Proqnoz

Q/Q + 2.5 ÜST

1.81

Oyun analizi

Strasburq

Liqa 1

Stade de la Meinau

27-02-2026 23:45

Lans

Qalan vaxt
Müəllif
Ilkin Ahmad

Proqnoz

Q/Q + 2.5 ÜST

1.81

Liam Rozenyorun “Çelsi”yə gedişi “Strasburq”a ciddi təsir etmədi. Onu əvəzləyən Hari Onil 4-2-3-1 sxeminə keçdi, lakin komandanın oturuşmuş oyununu pozmadı. Elzas təmsilçisinin bu periodda nəticələri də pis deyil - kubokda "Monako"nu keçdilər, "Lill"i 4:1, "Lion"u isə 3:1 məğlub etdilər. Paralel olaraq, "Marsel" ilə 2:2 oynadılar və PSJ-nin başını ciddi ağrıtdılar - 2:1.

Onilin kadr itkiləri ciddi deyil. Üstəlik, o, öz heyətini "oturuşdura" bildi. Son oyunlardakı əvəzləmələrə diqqət etsəniz, bunun şahidi olarsız. Paraqvay millisinin Dünya Çempionatındakı ümidlərindən biri olan Xulio Ensiso əla forma yığıb. Bununla yanaşı, Marsial Qodo kimi oyunçunun icadına görə, Fil Dişi Sahili millisi O
`nilə minnətdar olmalıdır. Bu gedişlə Xoakin Paniçelli də DÇ-yə gedəcək – hazırda o bombardirlik iddiasını davam etdirir.

“Strasburq”un ev performansı da pis deyil. Burada onlar yalnız PSJ, “Marsel” və gözlənilmədən “Brest”ə uduzub. Ümumiyyətlə, Elzaslılar hazırda TOP klublar səviyyəsində futbol sərgiləyir və Liqa 1 həvəskarları bunu təsdiqləyər.

“Monako” ilə dramatik oyunadək “Lans” nağıl kimi mövsüm keçirirdi. Qəfildən bir div gəldi və nağılı korladı. Bəlkə də problem ondadır ki, o divin (“Monako”) ürəkaçan olmayan forması dırnaqarası yanaşmaya səbəb oldu. 2:0 öndə olduğun oyunda bir göz qırpımında (10 dəqiqədə) 2:3 geriyə düşmək şok yaşatdı. Nəticədə PSJ 1-ci pilləni qapdı. Bu məğlubiyyətin komandaya necə təsir edəcəyi maraqlıdır.

Xal itkisi yanaşı, “Lans” kadr problemləri ilə də üzləşdi. Sağ lateral Ruben Agilar bugünkü oyunu buraxacaq. Komandada balansın qorunmasına cavabdeh olan mərkəz yarımmüdafiəçi Mamadu Sanqare də zədə səbəbindən yerini Amadu Aydaraya verəcək. Onun isə oyun praktikası suallar doğurur. Təbii ki, onu Bulatoviç də əvəzləyə bilər. Suallar çoxdur! Samson Baidu və Jonatan Qradinin olmaması da stoper xəttində Nidal Çelikə güvənməyə vadar edir. Pyer Sajenin yerində olmaq istəməzdim…

“Lans” Fransada ev klubu kimi tanınır. Səfərdə “Metz” kimi rəqiblə oyunda da büdrəyə bilir… Qısası, olduqca çətin səfər olacaq.

Kadr problemi olmayan, stabil və oyun ritmini tutmuş, evdə çox güclü olan “Strasburq” ilə postşok dönəmində olan və itkiləri olan “Lans” qarşılaşır, gözəl insanlar…

Düşünürəm ki, hər iki komanda fərqlənəcək və azı 3 qol görəcəyik.

Lakin 2.5 ÜST seçiminin “Strasburq”un vuracağı 2 qolla gəlmə ehtimalını yüksək görürəm.

Scroll to Top