“Tvente” (Q) mövsümə fırtına kimi girib: 9 rəsmi oyunda Yoran Potun yetirmələri maksimal nəticə əldə edib. Ensxede təmsilçisi Superkubok matçında PSV-ni 3:2 məğlub etdi, Erediviziyada isə “Ayaks”ı 2 xal qabaqlayır. Çempionlar Lqiasının qrup fazasına gedən yolda “Tvente” Polşa təmsilçisi “Katovitse”ni 4:0 və 4:1 hesablı darmadağınla keçdi. İndi isə komandanın əsas hədəfi ÇL-də əla start götürməkdir. Xatırladım ki, “Tvente” ötən il ÇL-də qrupda qaldı.
“Tvente”nin mösvümün startında əsas itkisi “Inter”ə keçən Nike van Deyk idi. Ötən mövsüm o “qırmızılar”ın 2-ci bombardiri idi. Əvəzində “Tvente” “Mançester Siti”dən Cil Roordu transfer etdi. Ötən oyunda Roord nəhayət “siftə”sini etdi və göstərdi ki, xərclənən pullar havaya atılmayıb.
Sezonun ilk 9 rəsmi oyununda “Tvente” azı 3 dəfə fərqlənib – toplamda 35 qol. Ötən mövsüm “Tvente” Erediviziyada 22 tura 69 qol, ÇL-də isə 6 tura 9 qol vurmuşdu. Maraqlıdır ki, ötən mövsüm ÇL-də “Tvente” bugünkü rəqibinin qapısına hər iki görüşdə yol tapmışdı – 1:3 (evdə) və 1:6 (səfərdə). Lakin Avropada qol vurmaqla yanaşı, qapını toxunulmaz saxlamaq da önəmlidir. “Tvente” isə yalnız birini bacarır – qol vurmağı.
Ötən həftə “Çelsi” mövsümdə ilk dəfə xal itkisi ilə üzləşdi. Ardıcıl 4 qələbədən sonra “Mançester Yunayted” ilə 1:1 oynayan “zadəganlar” 1-ci pilləni qorumağı bacardı. Soni Bompastor isə hələlik ehtiyatlı açıqlamalar edir. İş burasındadır ki, əsas heyətin 3 oyunçusu birdən zədəsini sağaldıb. Lakin onların bu gün oynayacağı hələlik bəlli deyil. Söhbət Lüsi Brounz, Loren Ceymz, Niam Çarlzdan gedir. Bompastor ehtimal edir ki, onlar ən azından sonradan oyuna daxil ola bilər.
Maraqlı bir detal gözümə sataşdı: mövsüm startında “Çelsi” 5 oyunda 3 qol buraxıb. Kimin üçünsə bu çox azdı, lakin ötən mövsüm 13 qol buraxan Londonlular üçün bu az deyil. Bununla yanaşı, ÇL-də “Çelsi” stabil olaraq qol buraxır – son 10 oyunda qapısını iki dəfə toxunulmaz saxlaya biliblər.
“Tvente” mövsümə əla seriyalarla başlayıb və hücum futbolundan əl çəkənə oxşamır. Müdafiəsindəki boşluqlar isə “highlight”larda belə görünür.
“Çelsi” bu oyuna ağırlığını qoymağa çalışacaq, lakin “Tvente”nin də azı 1 qola gücünün çatacağını düşünürəm.
Bu oyunda azı 4 qol gözləyirəm. Səbəb: “Tvente”nin oyun üslubu…
Tərsləməmək ümidi ilə…







