Ötən il “Verder” “Bavariya” ilə şəxsi görüşlərdə uzun müddət sürən mənfi seriyasını qırdı… Sağ olsun Tuxel! Bu il isə “Bavariya”da Tuxel yoxdur… Lakin “Verder” əla futbol nümayiş etdirir… “Borussiya Dortmund” ilə oyunda Nuri Şahin 90 dəqiqə soyuq tər axıtdı… Amma “Verder”in müdafiəsi heç də yaxşı təsir bağışlamır…
Son iki oyunda Vensan Kompaninin yetirmələri 15 qol vurub. Lakin inanılmaz hücum dominantlığı fonunda “Bavariya” müdafiədə səhvlərə yol verir – “Dinamo Zaqreb”dən belə 2 qol yedilər.
Fikrimizcə, “Verder” evdə qol vuracaq. “Bavariya”nın hücum xəttinin potensialını nəzərə alsaq, “Verder”in qələbə qazanması inandırıcı görünmür…
Hesab proqnozu: 1:3