Copyright © 2025 Powered by [Anytech]
west-ham_128

Vest Hem

Premyer Liqa

London Stadium

Qalan vaxt
bitdi
20-10-2025 23:00
brentford

Brentford

Ilkin1

İlkin Əhməd

Müəllif

Proqnoz

EV 1.5 ÜST

2.11

Oyun analizi

Vest Hem

Premyer Liqa

London Stadium

20-10-2025 23:00

Brentford

Qalan vaxt
Müəllif
İlkin Əhməd

Proqnoz

EV 1.5 ÜST

2.11

Adətən siz burada geniş analizlər oxuyurduz. Daha doğrusu, mən həvəslə yazırdım, əksəriyyətiniz isə sadəcə aşağı “scroll” edib, seçimə və əmsala baxırdınız. Zəmanənin üzü qara olsun… Alqoritmlər həyatımıza rahatlıq qatmaqla yanaşı, bizi daha tənbəl və səbrsiz etdi. Elə o alqoritm hesabına bunu anladıq ki, analizlərimin oxunma sayı çoxdur, lakin hamı konkret bir məqama diqqət yetirir… Olsun! Hamı ilə mübarizə apara bilməzsən 🙂

Sizi bura deyinmək üçün yığmamışam… Uzun sözün qısası, bundan sonra analizlərim qısalacaq… Ura!

Dostlar, Nunu Eşpiritu Santunu sizə çox tərifləmişəm. Oyun üslubuna hər kəs bələddir. Lakin bu “Vest Hem” adıçəkilən mütəxəssisin komandası deyil. Buna baxmayaraq, “məşqçi toxunuşu” deyirlər ha – hoca bunu gözəl bacarır. Bu gün 100-cü oyununa çıxan Lukaş Paketadan tutmuş klubda özünü lazımsız hiss edən oyunçularda da qımıldanma, hətta alovlanma görürəm. Məqşlərindən izlədiyim kəsintilər bunu deməyə əsas verir.

“Brentord”u da çox sevirəm – siz bunu yaxşı bilirsiz. Liqanın rəqib qapısına ən az zərbə vuran komandasından danışırıq. Lakin Ən effektiv zərbə vuran komandalarından biridir. Məsələn, İqor Tyaqu bu baxımdan TOP-5 üzvüdür. Yeri gəlmişkəm, hər zərbəsi 0.24 xG yığır. Vurduğu 4 qolla hələlik isbat edir ki, “Brentford” heç vaxt pulu havaya atmır.

Buna baxmayaraq, “Brentford” ötən mövsümdən fərqli olaraq bu il sanki “ev klubu”na çevrilir. Təbii ki, Tomas Frank, Mbuemo, Vissanın gedişindən sonra ayaqda qalmaq çətindir. “Brentford”un oyunlarında son zamanlar gördüyüm odur ki, yarımmüdafiçə çatdırmır, müdafiə isə tez dağılır… Evində udduğu oyunların əksəriyyəti isə xarakter hesabına olub. Bu il “Brentford” liqada 3 səfər oyunu keçirib və hər birində uzağı 1 qola gücü çatıb. Üstəlik, azı 2 top buraxıb. Bu da dediklərimin isbatıdır.

Mən statistika idasində işləmirəm və futbola heç vaxt statistika yönündən yanaşmamışam.

“Vest Hem”in heyəti mənə daha fiziki hazır və döyüşkən gəlir. Üstəlik, əlbəttə ki, baş məşqçi amili ağır basır.

Zənnimcə, “Vest Hem” bu gün 2 qol vura bilər. Onlar buna qadirdir. Rəqibin “Brentford” olduğunu, yəni “Vest Hem”in 1 qol buraxa biləcəyini nəzərə alaraq bu seçimə gedirəm. Ümid edirəm, qollardan birini yubilyar Lukaş Paketa vurar…

Hesab təxminim: 2:1

Scroll to Top