Bazar günü “Yuventus” “Inter” ilə oyunda triller təşkil etdi. Tiaqo Mottanın yetirmələri özündə güc tapdı və əzəli rəqibi ilə görüşdə come back etməyi bacardı. Son oyunlarda “Qoca sinyora”da düşüş hiss olunur – bu görüşlərdən 1-ni qazanan Motta, yəqin, papağını qabağına qoyub düşünüb… Buna baxmayaraq, daxili çempionatda “Yuve” hələ də uduzmayıb və ilk 3-lükdə qərarlaşıb. Lider “Napoli”dən 5 xal geri qalan turinliləri uzun marafon gözləyir, bu səbəbdən mütləq qələbə əsas hədəfdir.
İtaliya mətbuatına inansaq, Federiko Qatti müdafiənin mərkəzinə qayıdacaq – böyük ehtimalla, o, Danilonu əvəzləyəcək. Savona müdafiənin sağında, Andrea Kambyazo isə solda başlaya bilər. Dayaq yarımmüdafiəçi rolunda isə, böyük ehtimal, Kefren Türam çıxış edəcək.
Yəqin, hücumda da yenilik görə bilərik. “İnter” ilə oyunda dubl edən və komandasını xilas edən Kənan Yıldız isbat etdi ki, əsas heyətə layiqdir. Teun Kopmeyners zədəsini sağaldıb, lakin startda heyətdə çıxacağı inandırıcı görünmür.
“Parma” bu mövsüm cəmi 1 dəfə qələbə qazanıb. Həmin qələbə avqustun 24-də “Milan”la görüşə təsadüf edib. Hazırda komandanın aktivində 4 xal var. Oktyabr ayında komanda məğlub olmayıb – maraqlı faktdır. Ümumiyyətlə, “Parma” heç-heçələrin komandasına çevrilib. “Empoli” ilə oyunda Bonni penaltini qaçırmasaydı, qələbə əldə etmək olardı. Hazırda komanda 17-ci yerdə qərarlaşıb və “Cenoa”nı 2 xal qabaqlayır.
“Turin” səfərindən öncə gözə batan odur ki, “Parma” ağır məğlubiyyət almayıb. Komanda 90-cı dəqiqədə çox buraxır – mərcsevərlərin diqqətə alması yaxşı olar.
“Bolonya” ilə səfər oyununu nəzərə almasaq, “Parma” meydanı qolsuz tərk etmir. Digər 8 oyunda komanda 12 qol vurub, 14-nü buraxıb – B Seriyasından gələn komanda üçün pis göstərici deyil.
“Yuventus” bazar günü baş tutan derbidə çox güc sərf etdi. Bərpa üçün o qədər də böyük vaxt kəsiyi olmadı. Bu baxımdan Mottanın heyətə əl gəzdirməsi ehtimal olunur.
Elitaya qayıdan “Parma” istənilən rəqiblə döyüşməyə hazır olduğunu göstərdi. “Parma” da qələbəyə acdır, “Yuventus” da mütləq qələbə üçün meydana çıxır. Fərz edək ki, “Yuventus” 3 xalı qoparacaq, lakin “Parma”nın stabil qol vurmasını da nəzərə alaq.
Hesab proqnozu: 2:1